Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2015

50 min israilli Benyamin Netanyahunun əleyhinə aksiya keçirib

İşğalçı İsrailin paytaxtı Təl-Əvivdə qondarma baş nazir Benyamin Netanyahunun əleyhinə geniş etiraz aksiyası keçirilib.

İnterAz-ın "France24"-ə istinadən məlumatına görə, yürüşdə 50 minə yaxın insanın iştirak etdiyi bildirilir. Etirazçılar seçkilərə 10 gün qalmış hökumətdə dəyişiliklik tələbilə şüarlar irəli sürüblər.

Məlumata görə, aksiya "Milyon əllər" adlı İsraillə Fələstin arasında sülhü təbliğ edən və Fələstin dövlətinin yaradılmasını dəstəkləyən hərəkət tərəfindən təşkil edilib.

Polisin bildirdiyinə görə, şəhərin təkcə İçxak Rabin meydanında 25 min adam toplaşıb. Etirazçılar "Likud" partiyasına liderlik edən Netanyahunun siyasi və iqtisadi sferalarda ölkəyə uğur gətirə bilmədiyini və İsrailin təhlükəsizliyinə daha da ziyan vurduğunu bildirilər.

Aksiyada "Mossad"ın sabiq şefi Meyd Daqan da iştirak edib və baş nazirin yürütdüyü siyasətin əleyhinə çıxışlar edib.
849 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:14
07 dekab