Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2015

ABŞ üçün böyük hədə: "Qəzəbliyik, əsəbiyik"

Amerika Birləşmiş Ştatlarında yenidən etirazlar baş qaldırıb. Polisin 19 yaşlı gənci qətlə yetirməsi qəzəblənən əhalini küçələrə töküb. Hələ də polisin öldürdüyü gəncin silahsız olduğunu etiraf etməsi etirazların daha geniş vüsət alacağını göstərir.
Güllə yarası ilə xəstəxanaya çatdırılan həmin şəxs çox keçmədən dünyasını dəyişib. İddiaya görə, ölən şəxs özünü bilərəkdən maşınların altına atdığına görə, ondan şikayət daxil olub və mənzilinə polis göndərilib. Yerli sakinlər və fəallar hadisə yeri yaxınlığında və polis idarəsi qarşısında etiraz aksiyası keçirib.
“Mən bir qaradərili olaraq çox qəzəbliyəm, əsəbiyəm. Həmişə demişik ki, bizə qarşı irqi ayrı-seçkilik və ədalətsizlik hələ də var. Bir azdan bizim şəhərdə də Ferqyusson hadisələri təkrarlana bilər. Bizdəki vəziyyət Ferqyussondakından qat-qat pisdir. Bu problem bütün ölkədə var və həll edilməlidir” – deyə etirazçı Culiya Kolt bildirib.
Qətlə yetirilən gəncin anası Andrea İrvin də onun günahsız olduğunu düşünür: “Mənim oğlum heç vaxt zorakılıq törədən şəxs olmayıb. Və onun bu cür zorakılıqla öldürülməsi məni mənəvi olaraq məhv edir”.
Yerli polis rəisi Mayk Kovala görə, polis zabiti çağırış üzrə mənzildə baxış keçirən zaman gənc polisin üzərinə hücum edib və tərəflər arasında qarşıdurma yaranıb.
Medison polis rəisi Mayk Koval etiraf edir ki, o, silahsız idi və bu fakt müstəntiqlərin işini bir az da çətinləşdirir: “İctimaiyyət təmkinli olmalıdır və səbrlə nəticəni gözləməlidir. Ola bilər ki, hadisə yerində başqa şəxslər də olub və polis güc tətbiq etməli olub”.
Koval zabitin özünü müdafiə məqsədilə atəş açdığını desə də, bu etirazçıları sakitləşdirməyib. Etirazçılar car çəkərək, polisə etibar etmədiklərini bildirib.
Etirazçılar əllərində “nə ədalət var, nə də ki, sülh” yazılı plakat tutub. Narazı kütlədən “Qaradərili vətəndaşın da həyatı qiymətlidir” şüarı səslənib. Fəallardan biri xəbərdar edib ki, bu irqçilik məsələsinin qarşısı alınmasa, Ferqüsyon hadisələri təkrarlana bilər./ans/
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı