Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2015

Moskvada qafqazlılar arasında kütləvi dava

Rusiyada qafqazlılar arasında kütləvi dava düşüb.

"TASS" xəbər verir ki, hadisə istirahət günü "Priçal" kafesində baş verib.

Moskvanın cənub-şərqindəki, Klyuçevoy küçəsindəki kafedə baş verən davada 6 nəfər iştirak edib.

Nəticədə 3 nəfər bıçaq yarası alıb. Onlardan ikisi dava iştirakçısı, biri isə mühafizə xidmətinin işçisi olub. Onların hər üçü təcili xəstəxanaya yerləşdirilib.

İndi polis hadisənin digər iştirakçılarının axtarışına başlayıb. Dava ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Moskvada kafelərdə kütləvi davalar müntəzəm olaraq baş verir.
694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı