Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2015

ARDNŞ-də kütləvi ixtisarlar başlayır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev neftin ucuzlaşmasının ARDNŞ tərəfindən reallaşdırılan layihələrə təsir etməyəcəyini bildirib. R.Abdullayev iddia edib ki, xarici layihələrin maliyyələşməsində heç bir problem yoxdur: “Azərbaycanda reallaşdırılan layihələrin isə maliyyə mənbələri məlumdur. Bu Karbomid zavodu, SOCAR Polipropilen zavodu, Neft-Qaz emalı zavodudur. Neft-Kimya Kompleksinin tikintisi də davam etdirilir. Bir sözlə, işlər plana uyğun gedir”.

ARDNŞ prezidentinin bu açıqlaması ilk baxışdan neft sahəsində çalışan işçilər üçün şad xəbər effekti yaratsa da, bu şadyanalıq cəmi bir gün çəkdi. Elə bu açıqlamadan sonra ARDNŞ-in idarə və zavodlarında ixtisarlara hazırlıq getdiyi bəlli oldu. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının hüquqşünası Azər Quliyevin məlumatına görə, artıq Neft Emalı Zavodunda, “Neftqaztikintitresti”də ixtisarlar barədə işçilərə xəbərdarlıq olunub: “Ilkin olaraq zavod və digər müəssisələrdən 800 işçi ixtisara salınacaq. Ixtisarlar gələn ildən aparılacaq. Ixtisarlar aparılarkən peşəkarlıq, ixtisas amili nəzərə alınmalıdır. Bundan əlavə, Əmək Məcəlləsinin tələblərinə görə, hamilə qadınlar, 3 yaşınadək uşaqları olan qadınlar, müharibə əlilləri və digər güzəştləri olanlar ixtisara salına bilməz. Amma müharibə əlilləri işdən çıxarılır, ixtisas sahiblərinin əvəzinə qeyri-ixtisas sahibləri işləyir”.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə “Azadlıq”a açıqlamasında bildirib ki, ARDNŞ-də ixtisarlara 2013-cü ilin iyul ayından start verilib. Lakin onun fikrincə, bu təkcə böhranlı bağlı deyil. Mirvari Qəhrəmanlı deyir ki, ARDNŞ-in tərkibində bir-birini təkrarlayan strukturlar var: “Azərbaycanda neft hasilatının son illər aşağı düşməsi Azəri-Çıraq-Günəşli yatağında, həm də ARDNŞ-də hasilatın aşağı düşməsi, digər tərəfdən də neftin qiymətinin ucuzlaşması ixtisar əməliyyatının sürətlənməsinə gətirib çıxarıb. Amma, ən əsas amil təbii ki, ARDNŞ-in yüksək səviyyəli struktura malik şirkət olmamasıdır. Il ərzində 8 milyon ton neft hasil edən ARDNŞ-in bir-birini təkrarlayan strukturlar var. Bu fəsad verməliydi. Bu kimi ixtisarlar hətta neftin qiymətinin aşağı düşməsindən əvvəl başlamışdı. 1999-cu ildə Natiq Əliyev ARDNŞ-ə işçi qəbulunun dayandırılması ilə bağlı əmr vermişdi. O zaman da bu fərmanın nəticəsində işçilərin sayında müəyyən azalma olmuşdu. Buna baxmayaraq, o zaman şirkətin struktur rəhbərləri rüşvət, qohumbazlıq yolu ilə işçi qəbulunu davam etdirdilər və nəticədə işçilərin sayı artdı. Daha sonra isə ARDNŞ-in tərkibinə ”Azəriqaz", “Azərikimya” daxil oldu, bir-birini təkrarlayan strukturlar yarandı. Elə bir müəssə var ki, bu müəssəyə paralel olaraq idarələr, müştərək qurumlar fəaliyyət göstərir. Təkrarlanan lazımsız qurumların sayının çoxluğu təbii ki, büdcə məsrəflərinin çox olması deməkdir. Düşünürəm ki, ARDNŞ-də ciddi struktur islahatları aparılmasa bu ixtisarlar davam edəcək".

Rövnəq Abdullayevin “xarici layihələrin maliyyələşməsində heç bir problem yoxdur” fikrinə gəlincə, Mirvari Qəhrəmanlı bildirib ki, ARDNŞ rəhbərinin optimist açıqlamasını təqdir etsədə, bu layihələrin yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidi azdır: “Manatın məzənnəsinin aşağı düşməsi nəticəsində hökumətin etiraf edib-etməməsindən asılı olmayaraq yaranmış iqtisadi problemlər bu layihələrin reallaşmasını sual altına qoyur. Əgər həqiqətən də ARDNŞ layihələri dayandırmayacaqsa bunu müsbət dəyərləndirmək gərəkdir. Amma təəssüf ki, məndə bu məsələ ilə bağlı böyük narahatlıq var”.
1385 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı