09 Mart 2015
“Sovetski”də etirazların bir ili: aksiyalar da dayanıb, söküntü də...

Manatın devalvasiyasından sonra köçürülməyə fasilə verilib, bəs 180 milyon manat hara gedib?
“Sovetski”nin sökülməsinin başlamasından bir il ötdü. 2014-cü ilin fevralında aksiya keçirən köhnə məhəllə camaatı etirazları marta qədər davam etdirdi. Mart aksiyalarındakı həbslərdən sonra məhəllə sükuta qərq oldu.
Baş nazirin müavini Abid Şərifov isə sakinləri əmin etdi ki, kimsə evindən zorla çıxarıla bilməz. Ancaq təzminatın məbləğinin də dəyişməz olaraq qalacağını istisna etdi.
A.Şərifovun dediyi kimi də oldu - əhali mərhələli şəkildə köçürülməyə başlandı.
Füzuli, Şəmsi Bədəlbəyli küçələrində məcburi köçürülmə “Sovetski”də müşahidə edilmir. Hazırda kim mülkünü tərk edirsə, kvadratı 1500 manatdan kompensasiya alır, ev də bir gecənin içində sökülür.
Bu proses bir il eyni templə davam etdi və indinin özündə də söküntü işləri astagəl gedir. Üstəgəl, manatın devalvasiyası, Avropa Oyunlarına hazırlıq da planlaşdırılmış işləri ləngidib. Məhəllənin sökülməsinin sürətləndirilməsinə maraq göstərilmir. Sakinlər öz növbəsində ən azı iyula qədər zaman olduğunu düşünürlər.
Etirazların susqunluqla əvəzlənməsi iki səbəblə izah edilir. Birincisi, həbslər xof mühiti yaradıb, kimsə başını ağrıtmaq, əsasız yerə saxlanılmaq istəmir. Digər tərəfdən isə iddialar var ki, danışıqlar yolu ilə kvadratın sahəsini bir az artırıb rəsmiləşdirmək olur. Hər halda bu iddialar səslənir və nə dərəcədə həqiqət olduğunu söyləmək olmaz.
O da var ki, 25 kvadratdan aşağı evlər 30 faiz təşkil edir. Bu mülklərin sahibləri üçün quş damı, balaca çayxanası varsa, o da hesablanır.
Lakin sakinlərin sözlərinə görə, onların indiki şəraiti də sərf etmir. Əhali tezliklə bu köhnə məhəllədən üzülüşmək istəyir. Onsuz da darısqal küçələr, bir həyətdə 2 ev, komfortdan uzaq bir yaşayış sahəsi - artıq onları qane etmir.
Doğrudur, şəhərin mərkəzi olması əlverişli fürsətdir. Ancaq mərkəzdə şəraitsizlik varsa, heç bir mahiyyəti qalmır. Ona görə də sakinlər hissə-hissə “Sovetski”ni tərk edirlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu proses hələ uzun zaman alacaq. Pulun azlığı və manatın düşməsi isə indi camaatı mürəkkəb bir seçim qarşısında qoyub.
***
Ümumilikdə isə məhəllə hazırda xarabalığı xatırladır. Söküntü işləri su və kanalizasiya xətlərini yararsız vəziyyətə salıb. Sahibsiz küçə itləri də özlərinə məskən yaradıb. Dağılmış evlərin, yarımçıq sökülülərin yanında isə işığı yanan evlər görmək olar. Kimi gedib, kimi qalıb...
Gedənlərdən əksəriyyəti kompensasiya ala bilib. Ancaq onların arasında hələ də pulunu bütöv şəkildə götürə bilməyənlərin olduğu söylənilir.
Bu da büdcədə vəsait olmamağı ilə əsaslandırılıb. Amma problemin həllini tapacağı vurğulanır. Manatın dəyərdən düşməsi nəticəsində yaranmış ajiotaj bu pulların ödənişində yubanmaya səbəb olub. Sakinlər deyirlər ki, dolların qalxması ilə vəziyyət dəyişib.
“İndi torpaq bahalaşıb. Heç bizə verilən 1500 manat kompensasiyanın də dəyəri artıq olmayacaq. Biz bu məsələdə daha çox ziyan elədik. Bəs necə olacaq? Oturmuşduq, sakit yaşayırdıq. Gəlib sökməyə başladılar. Yasamalda köhnə qəbiristanlıqda bir yer 70 mindir. Ölü yeri diri yerindən bahadır. 15-20 kvadratla hara gedək? Pulumuzu artırsınlar. Manat ucuzlaşıb, ev bahalaşıb, bu kompensasiya ilə hara getmək olar?” deyə, yerli sakin Nadir sual edir.
Qonşusu İlqar danışır ki, manatın ucuzlaşmasına qədər pulunu alıb köçənlər uddu, nəinki qalanlar. Onun sözlərinə görə, indi köçən də yoxdur, qalmaqla da vəziyyətin hara qədər inkişaf edəcəyi qaranlıqdır. İlqar ev bazarında bahalaşma olduğunu və “Sovetski” camaatının gözləmə mövqeyində dayandığını bildirir. Elə rəsmilər də işlərini bu səbəbdən zəiflədib. Hamı gözləyir.
Plana görə, Nəriman Nərimanov prospekti sökülür. Həmçinin, Bəşir Səfəroğlu, Vidadi, Mirzağa Əliyev, Murtuza Muxtarov, Abdulla Şaiq və Zərgərpalan küçələrinin adını qeyd etmək olar. Bakı merinin 12 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, söküntü ərazisinə düşən 10 min 500-dək yaşayış və qeyri-yaşayış sahəsi söküləcək.
Sərəncamda Bakı şəhərinin Baş Planının icrası və yol infrastrukturunun təkmilləşdirilməsini təmin etmək nəzərdə tutulub. Məlumatda bu günə qədər 2300 ailənin köçürüldüyü və 2280 evin söküldüyü bildirilir.
Onu da deyək ki, Köçürmə Komissiyasının sədri Səməd İslamov ötən ayın sonunda gedişatdan danışıb. Bildirib ki, qurum hazırda əsas diqqəti ölçü və inventarlaşdırma işlərinə yönəldib. O bunun səbəbini də açıqlayıb. Bildirib ki, ölçü və inventarlaşdırma işlərinin tam yekunlaşdırılması nəticəsində komplektləşdirilmiş sənəd olacaq.
S.İslamovun bu açıqlamasından belə məlum olub ki, ən azı yaxın aylarda Komissiya vətəndaşlarla alqı-satqı əməliyyatlarına getməyəcək. İqtisadçı ekspert Rövşən Ağayevin isə məlumatına görə, 2015-ci ilin dövlət büdcəsindən “Sovetski”nin köçürülməsinə 180 milyon manat vəsait ayrılıb. /musavat/





19.04.18, 10:56
Beyini öldürən 5 pis vərdiş 19.04.18, 10:50
Saatlı sakini 30 yaşlı həyat yoldaşını bıçaqladı 19.04.18, 10:47
Qələbə üçün hücum planı da olmalıdır! 19.04.18, 10:11
Merkel Trampa xahiş edir: Rusiyaya sanksiya dayansın! 19.04.18, 08:06
Bağırsaqları təmizləyən ƏN EFFEKTLİ 6 ÜSUL - MÖCÜZƏVİ NƏTİCƏ 19.04.18, 07:29
Ucar sakini intihar edib 19.04.18, 07:25
Daha 5000 terrorçu Dəməşqən çıxır - Foto 19.04.18, 07:22
5 dişini birdən çəkdirdi, öldü 19.04.18, 07:14
Nikki Heyli Trampla münasibətindən danışdı 19.04.18, 06:57
19 apreldə gözlənilən hava şəraiti 18.04.18, 22:48
Tövbəsiz andiçmə mərasimi 18.04.18, 22:24
İran beynəlxalq hesablaşmalarda dollardan imtina etdi 18.04.18, 21:41
DİKTATOR İLHAM ƏLİYEV QURANİ-ŞƏRİFƏ AND İÇDİ Kİ... - VİDEO 18.04.18, 19:51
UEFA Çempionlar Liqasında videotəkrardan istifadə olunacaq 18.04.18, 19:47
ABŞ: Türkiyə S-400 alarsa, sanksiya tətbiq ediləcək 18.04.18, 18:08
Dünya Çempionatının bilet satışı REKORD VURDU 18.04.18, 18:01
Türkiyənin keçmiş müdafiə naziri öldürüldü 18.04.18, 15:03
Bu möcüzəvi bitki min bir dərdin dərmanı imiş - 10 ƏSAS FAYDASI 18.04.18, 14:46
Rusiya ekspertləri Şərqi Qutaya buraxdı 18.04.18, 13:31
ABŞ-dan Türkiyəyə təhdid: Əgər keşiş qaytarılmasa... 18.04.18, 13:29
İran İslam Ordusu yeni silahını təqdim etdi 18.04.18, 13:22
Türk ordusunun 25 polkovnik həbs edildi 18.04.18, 11:30
Ucar sakini özünü ikinci mərtəbədən asdı 18.04.18, 11:20
“Suriyanı vuranlara qarşılıq verəcəyik” - Rusiya hərəkətə keçdi 18.04.18, 11:18
42 yaşlı lənkəranlının qulağını kəsdilər 18.04.18, 11:11
Dağlıq Qarabağda erməni əsgər minaya düşdü 18.04.18, 11:01
Almanlar Putini niyə sevir? - 10 səbəb 18.04.18, 10:12
Ucar sakini intihar edib 18.04.18, 10:10
Vəhabi Səudiyyə Ərəbistanında son 40 ildə ilk kinoteatr açılır 18.04.18, 10:00
Rusiyalı hərbçilər Suriyada kimyəvi silah anbarını tapdı 18.04.18, 09:55
Neftçalada kütləvi dava: yaralananlar var 18.04.18, 09:52
Sərnişin təyyarəsinin havada mühərriki partladı - Foto 18.04.18, 09:49
Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçdi 18.04.18, 09:45
18 apreldə gözlənilən hava şəraiti 17.04.18, 23:21
Yəmən Ərəbistanın elektrik stansiyasını vurdu 17.04.18, 21:44
İraqda 3 azərbaycanlı qadın ölümə məhkum edildi 17.04.18, 21:42
Pentaqon YPG-yə dəstək verməyə davam edəcək 17.04.18, 19:09
SARILIN ANANIZA NƏ QƏDƏR Kİ ZAMAN VAR... - VİDEO 17.04.18, 18:34
Ölkədə intihar halları 51 faiz artıb 17.04.18, 18:27
Qubada hamilə qadın xəstəxanada öldü 17.04.18, 18:26
İŞİD lideri özünü partlatdı – Əməliyyat 17.04.18, 16:32
İlahiyyatçıların cəzası ağırlaşdırıldı 17.04.18, 16:29
Zümrüd Yağmur ailəsindən imtina etdi 17.04.18, 09:52
50 QƏPİK PENSİYA ARTIMI TƏHQİRDİR - VİDEO 17.04.18, 09:05
EYNULLA FƏTULLAYEVİN İSRAİL SƏRGÜZƏŞTLƏRİ 17.04.18, 08:29
Kəlbəcərli girovların vəziyyəti pisləşdi - Biz isə erməniləri gül-çiçəklə qarşılayırıq 17.04.18, 08:22
İrana girmək istəyən silah qaçaqmalçıları yaxalandı 17.04.18, 08:11
Adi kələmin ürək üçün inanılmaz faydaları 17.04.18, 08:09
Rusiya Suriyaya S-300-lər verir - Lavrov 17.04.18, 08:05
17 apreldə gözlənilən hava şəraiti 16.04.18, 23:37
İngiltərədə maşın kütlənin üzərinə sürüldü: yaralılar var 16.04.18, 23:32
Rusiya: ABŞ Suriyada qorunmayan hədəfləri vurdu 16.04.18, 19:25
Ərəbistan Qətəri təhqir etdi 16.04.18, 16:17
Yanacaqdoldurma məntəqəsində oyuncaq tapança ilə soyğun 16.04.18, 16:16
Rusiya desant gəmisini Suriyaya göndərdi 16.04.18, 16:08
Ərəbistan bir sutkada Yəməni 40 dəfə bombaladı 16.04.18, 15:43
Meyə ittiham: “Trampın arxasınca sürünürsünüz” 16.04.18, 15:32
Rusiyadan ABŞ-a sərt xəbərdarlıq: “Bir də Suriya vurulsa...” 16.04.18, 15:30
Yəmən ordusu Ərəbistan hərbçilərinin mövqelərini dağıtdı 16.04.18, 15:27
Suriya ordusu Homada bir neçə məntəqəni terrorçulardan təmizlədi 16.04.18, 13:18
PKK Türkiyə hərbçilərinə qəfil hücum etdi –3 ölü, 1 yaralı var 16.04.18, 13:12
İran İslam Respublikasının deputatları Suriyaya səfər edəcək 16.04.18, 10:05
“Tramp prezidentliyə yararsızdır” – FTB-nin sabiq rəhbəri 16.04.18, 09:54
Dünyanın ən dərin mağarasına endilər – Fotolar 16.04.18, 09:11
Orqanizmi təmizləyən və cavanlaşdıran ən faydalı göyərti 16.04.18, 09:05
Səbail rayonunda küçədə naməlum kişi meyiti tapılıb 16.04.18, 09:01
Zaxarova: “ABŞ Suriyada terrorçuların kimyəvi silahdan istifadəsinin araşdırılmasına qarşı çıxdı” 16.04.18, 08:57
Vaşinqtonda Suriyaya hücumlara qarşı etiraz aksiyası keçirildi 16.04.18, 08:55
Pendirdə böyük təhlükə - çox yedikdə bu fəsadları yaradır 16.04.18, 08:33
Trampa xəbərdarlıq: Suriyada daha irəli getsən... 16.04.18, 08:32
Nəsrullah hədələdi: ABŞ həddini aşsa... 16.04.18, 08:27
Çayın beyinə inanılmaz təsiri aşkar olundu 15.04.18, 21:15
Həşd-Şəbi Amerikanın hava bazasını mühasirəyə aldı 15.04.18, 21:11
Yunanıstanda ABŞ bayrağı yandırıldı 15.04.18, 18:22
Mərakeş qırıcılarını Ərəbistanın koalisiyasından çıxarır 15.04.18, 18:19
Tramp əvvəlcədən raketlərin pulunu Ərəbistandan almışdı 15.04.18, 18:17
Ənsarullah: Raketlərimiz İsrailə də çatacaq - Suriya Ərəbistan və İsrailə hücum etsin 15.04.18, 18:13
“Kimin silahının geridə qaldığını gördük” - Əsəddən Trampa cavab 15.04.18, 18:07
Haclıbala Abutalıbov daha bir yaşlı qadını öldürdü 15.04.18, 15:42
Ürəyimizə etdiyimiz 11 pislik 15.04.18, 13:36
Onları 70-ci illərin raketləri ilə vurduq – Bəşər Əsəd 15.04.18, 13:34
Qubaya güclü qar yağdı - Foto 15.04.18, 10:51
Xaçmazda dəhşətli qəza: Polis öldü 15.04.18, 08:38
Türkiyə 2 əsgərini itirdi 15.04.18, 08:33
Misirdə hərbçilərə hücum edilib, ölənlər və yaralananlar var 15.04.18, 08:27
Suriya orudusu qələbə elan etdi - Sensasiya 15.04.18, 08:20
15 apreldə gözlənilən hava şəraiti