Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2015

Raşatudey: “Sumar” raketinin açılışı İsraili vahiməyə salıb!

Nur-az.com-un farsnews.com-a istinadən:
İranın istehsal etdiyi yeni tipli “Sumar” raketinin açılışı xarici informasiya vasitələrində böyük əks-səda doğurub.
Raşatudey xəbər portalı bu haqda xüsusi məlumat yayaraq İsrailin məsələyə vahimə içində reaksiya göstərdiyini bildirib. Açılışdan dərhal sonra İsrailin informasiya vasitələri bunu İranın ilk dəfə belə bir qabiliyyətə yiyələndiyi kimi analiz ediblər.

Raşatudey qeyd edib ki, İran ardıcıl olaraq müdafiə potensialını gücləndirməkdədir və son illərdə sınaqdan keçirdiyi hərbi təchizatlar bunu təsdiq edir. Hal-hazırda İranın raket təchizatı elə müasir imkanlara malikdir ki, istənilən vaxt İsrail və o cümlədən, Amerikanın Orta Asiyadakı hərbi qərargahlarını nişan almağa qadirdir. İran həmçinin radardan yayınan sərnişinsiz cihaz və təyyarələrin istehsalı sahəsində də böyük müvəffəqiyyətlər əldə edib.
1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP