Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2015

Ukraynada iki azərbaycanlı iş adamının evinə silahlı hücum edilib

Donetsk vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, Krasnoarmeysk şəhəri Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin Bəylərov bildirib ki, bunlar Ukrayna vətəndaşı, 56 yaşlı Maarif Əhmədov və əslən Gürcüstandan olan, Ukrayna vətəndaşı 39 yaşlı Oruc Qacarovdur. Onun sözlərinə görə, ötən həftənin cümə və çərşənbə günləri Krasnoarmeysk şəhərində baş verən bu hücumları əksəriyyəti hərbi paltarda olan maskalı adamlar törədib. Nəticədə hər iki iş adamı və ailə üzvləri ağır xəsarətlər alıblar. Evi gülləbaran edən basqınçılar hadisə yerindən qaçıblar. Hər iki hadisə ilə bağlı araşdırma gedir. Qeyd edək ki, Maarif Əhmədov bir müddət əvvəl Krasnoarmeysk şəhər administrasiyasında yüksək vəzifə tutub. Krasnoarmeysk şəhəri aktiv hərbi əməliyyat zonasında yerləşmir və Ukrayna hakimiyyətinin nəzarətindədir./apa/
950 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı