Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

XXI əsrin ən nəhəng kometi Günəşə yaxınlaşır

XXI əsrin ən parlaq kometi hazırda Günəşə yaxınlaşır.

Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov Apa-ya bildirib ki, izlənilməsi gündəmdə olan “İson” adlı komet diametrinin böyüklüyü ilə yanaşı, parlaqlığı ilə də seçilir. Vaqif Xəlilovun sözlərinə görə, diametri 3 kilometr olan nəhəng göy cismini yanvar ayının ortalarınadək Şamaxı Astrofizika Rəsədxanasından müşahidə etmək mümkün olacaq.

Komet dekabrın 26-da yerə ən yaxın məsafəyə çatacaq. Vaqif Xəlilov deyir ki, komet 2012-ci ilin sentyabrında aşkarlanıb. Göy cismi hazırda Günəşə yaxınlaşır. XXI əsrin ən parlaq kometi olan göy cisminin mülahizələrə görə Ay parlaqlığında olacağı ehtimal olunur. Noyabr, dekabr və yanvar ayları onu müşahidə üçün ən münasib vaxtdır.

Dekabrın 26-da Yer kürəsi ilə həmin komet arasında məsafənin 60 milyon km olacağını deyən V. Xəlilov bildirib ki, həmin vaxt kometin ən parlaq görünən vaxtı olacaq.

Rəsədxanada “İson” kometini hər gün səhər tezdən gün çıxmamış müşahidə etmək olar: “Amma indi zəif görünür, dekabrın ortalarında isə onu gözlə də görmək olacaq. Ən əlverişli müşahidə üçün şərait isə yanvarın 5-dən 10-dək yaranacaq. Həmin vaxt komet Günəşdən uzaqlaşmağa başlayacaq və həmin vaxt hər gün axşam saatlarında normal müşahidələr aparmaq mümkün olacaq”.

Elmi katib kometin Yer kürəsinə təsir etməyəcəyini və uzaqda olduğu üçün təhlükəsiz hesab edildiyini də bildirib.
2009 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...