Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2015

Braziliyada 30 hərbçini ildırım vurdu

Braziliyanın paytaxtında ildırım vurması nəticəsində 30-dan çox hərbçi xəsarət alıb.

RİA Novosti agentliyinin məlumatına görə, hadisə hərbi qulluqçuların təlimat aldığı anda baş verib. Xəsarət alanlardan 26-sı müxtəlif yanıq xəsarətləri ilə hospitala yerləşdirilib.

Rəsmi məlumata görə, 2014-cü ildə Braziliyada ildırım vurması nəticəsində 98 nəfər ölüb. Mütəxəssislərin hesablamalarına görə, hər il ölkə üzərində 58 milyona yaxın ildırım çaxır. Bu göstəriciyə görə Braziliya dünyada birinci yeri tutur.

Xatırladaq ki, dekabrın sonunda Braziliyanın San Paolo ştatında ildırım vurması nəticəsində 5 nəfər ölmüş, 4 nəfər xəsarət almışdı./apa/
995 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber