Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2015

PKK Ankaranı hədələdi

PKK-nın Kandildəki liderlərindən biri Abdullah Öcalanın buraxılmasını tələb edib.

PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayık yerli telekanallardan birinə danışıb. O, silahı yerə qoymaq üçün keçirəcəkləri qurultayda Aponun (Abdullah Öcalan) iştirakını şərt qoşub.

A.Öcalanla şəxsən görüşmədən silahı buraxmayacaqlarını deyən Bayık sözlərini bu cür davam edib: “Apo gəlib qurultaya qatılmadan, qruplaşma ilə görüşmədən silahı yerə qoymaqdan söhbət belə gedə bilməz.”

Daha sonra o, öndər hesab etdikləri A.Öcalanın qruplaşma ilə danışacağı təqdirdə dağdan enəcəklərini də vurğulayıb.
975 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber