Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2015

İŞİD özünküləri öldürdü

İŞİD terror qruplaşması Türkiyəyə qaçmağa çalışan üzvlərindən beşini öldürüb.

Londonda yerləşən Suriya İnsan Haqqları Təşkilatının yaydığı açıqlamada bildirilir ki, Türkiyəyə qaçmaq istəyən İŞİD yaraqlıları ilə onlara mane olmaq istəyən terrorçular arasında qarşıdurma yaşanıb.

Türkiyə sərhədindən 30 kilometr uzaqlıqdakı El Bab qəsəbəsi yaxınlığında qarşıdurmada qaçmağa çalışan beş yaraqlını öldürülüb. Həmçinin, onlara mane olmaq istəyən terrorçuların da 4 itki verdiyi açıqlamada yer alıb.

Suriya İnsan Haqqları Təşkilatı Türkiyəyə qaçmaq istəyənlər arasında 9 avropalı və bir tunisli olduğunu bildirib. Ancaq ölən beş nəfərin haralı olduğunu açıqlanmayıb.
1071 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber