Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

Kişidən 300 manat alırlar, məsələ “həll olunur”

Mətanət Əzizova: Qadınların öldürülməsi pik həddə çatıb

Bu gün dünyada “Qadın Zorakılığına Qarşı Mübarizə Günü” kimi qeyd olunur. Qadınlara qarşı zorakılıq adətən ailə daxilində baş verir. Bu zorakılıqdan nəinki qadınlar, ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir.

Qonşu Türkiyədə hər gün 5 qadın ailədaxili zorakılıq səbəbilə həyatını itirir.

Bu il 28 min qadın zorakılığa məruz qalıb. Son 5 ildə 802 qadın ailədaxili zorakılıq səbəbilə həyatını itirib. 4 min 500 nəfər də polisə və ya aidiyyəti qurumlara müraciət edərək özünü müdafiə etməyə çalışıb.

Qadınlar arasında intihar artıb

Azərbaycandakı qadınlara qarşı zorakılıqlarla maraqlandıq. Mövzuyla əlaqədar Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova qadınlara zorakılıqla bağlı statistika aparılmadığını dedi: “Qadın Krizis Mərkəzinə zənglər, müraciətlər artıb. Bu müraciətlər həm fiziki zorakılıq, həm də ki, psixoloji zorakılıqla bağlıdır. Son dövrdə qadınlar arasında intihar da artıb. Bu da ailə münaqişəsi zamanı yaranır. Burda da iki məqsəd var, ya qadın öz problemini qabartmaq istəyir, ya da artıq o zorakılıqlarla yaşamaqdan bezir. Heç bir yerdən köməklik görmürlər, məcburdurlar ki, intihar etsinlər. Son dövrdə ailə daxilində qadınların öldürülməsi problemi artıq pik həddə çatıb. Bu haqda demək olar hər gün yeni məlumatlar daxil olur.

Zorakılıqla mübarizə üçün cəza tədbilərini ağırlaşdırmaq lazımdır. Bununla bağlı qanun cinayət məcəlləsindən çıxarılıb. Ailədə kişi qadını döyür, işgəncə verir, qadın məhkəməyə müraciət edir, kişidən 300 manat alırlar, məsələ “həll olunur”. Çalışırıq ki, bunla bağlı qanunvericiliyə yeni maddələr əlavə olunsun. Bununla bağlı sosial roliklər çəkirik, dövlət qurumlarına müraciət edirik ki, mövzunu gündəmdə saxlayaq”.
1852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı