Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2015

Maduro Obamanı pislədi

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Venesuela dövlət məmurlarına qarşı sanksiyalarına münasibət bildirib.

Maduro ABŞ prezidenti Barak Obamanın daha 7 venesuelalı yüksəkrütbəli məmura qarşı sanksiya tətbiq etmək qərarını pisləyib. Venesuela dövlət başçısı Vaşinqtonun bu qərarını ölkəsinin daxili işlərinə qarışmaq kimi qiymətləndirib və bildirib ki, bu, Venesuela hökumətinin işinə təsir göstərməyəcək.

Bundan qabaq Vaşinqton Venesuelada insan haqlarını pozmaqda ittiham etdiyi bir sıra məmurların ABŞ-dakı hesablarının dondurulduğunu açıqlamışdı. Nikolas Maduro həmin şəxsləri "qəhrəman" adlandırıb, onlardan biri olan Qustavo Qonsalesi isə daxili işlər naziri vəzifəsinə təyin edib./ans/
834 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP