Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2015

İntiqam Əliyevin məhkəməsində dava düşdü

Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilir. Əməkdaşımız xəbər verir ki, məhkəmədə qalmaqal düşüb.
Hüquq Maarifçili Cəmiyyətində işləmiş və Cəmiyyətin hesabından bacısının hesabına pul köçürmüş Gülşən Orucova onun əməllərindən yazan jurnalistləri təhqir edib. Bu isə zaldakıların kəskin etirazına səbəb olub. Bundan sonra məhkəmədə qalmaqal yaranıb. Hakim prosesi yarımçıq dayandırmağa məcbur olub.
Prosesdə Gülşən Orucovanın hesabına pul köçürülmüş bacısı Əfsanə Orucova dindirilib. O, vəkillərin suallarını cavablandırmaqda çətinlik çəkib. Bacısı Gülşən Orucova ona kömək etmək istəyib. Bu isə İntiqam Əliyevin və onun vəkillərinin etirazına səbəb olub.
Əfsanə Orucovaya verilən suallardan biri bacısının işlədiyi başqa təşkilatlardan, məsələn, Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabından da onun hesabına pulların köçürülməsi haqda olub. Əfsanə Orucovanın nümayəndəsi Nemət Heybətov prokurorun verdiyi bu suala etiraz edib və məhkəmədən onu suallar sırasından çıxarmağı istəyib. Hakim nümayəndənin istəyini təmin edərək, sualı çıxarıb. İntiqm Əliyev buna “Əla oyun gedir” deyə reaksiya verib.
Məhkəmədən ətraflı məlumat təqdim edəcəyik.
820 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...