Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2015

ABŞ polisi çılpaq qaradərilini güllələdi

ABŞ polisi silahsız çılpaq qaradərili kişini güllələyib.

“BBC”nin verdiyi məlumata görə, hadisə Corciya ştatının Atlanta şəhərində baş verib.

De-Kalb dairəsinin şerifi Sedrik Aleksanderin sözlərinə görə, şəhər sakinlərindən biri naməlum çılpaq qaradərili şəxsin onu narahat etməsi barədə polisə müraciət edib.

Hadisə yerinə gələn polis əməkdaşı qaradərili sakini çoxmərtəbəli dayanacaqda görüb. Şerif vurğulayıb ki, qaradərili şəxs polisin əmrlərinə tabe olmayıb və onun istiqamətində qaçmağa başlayıb. Polis iki dəfə xəbərdaredici atəş açıb və daha sonra həmin şəxs istiqamətində atəş açıb. Qaradərili sakin həmin hadisə yerindəcə keçinib.

Öldürülən şəxsin kimliyi barədə məlumat verilmir. Atəş açan polisin ağdərili olduğu bildirilir. ABŞ polisi faktla bağlı araşdırmalara başlayıb.
919 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber