Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2015

Ağdamın kəndləri susuz qalıb

Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Teyyub Nəcəfov isə dostlarına bahalı maşınlar hədiyyə edir

Ağdamın bir çox kəndləri illərlə içməli su üzünə həsrət qalıb. Rayonun Üçoğlan kəndinin sakini Nazim Əhmədli bununla bağlı yazıb ki, onlar içməli suyu məcburiyyətdən pulla almalı olurlar. Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin səlahiyyətində olan məsələnin uzun illərdən bəri həll olunmamış qalmasının səbəbi kimsəyə məlum deyil.

Nazim Əhmədli qeyd edir ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq, kimsə onların dərdini dinləmir. İş o həddə çatıb ki, insanlar səlahiyyət sahiblərinin qarşısına çıxaraq, etirazlarını bildirməyə hazırlaşır.

Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Teyyub Nəcəfovdur. İdarə rəisinin həddindən artıq varlı olması ilə yanaşı, həm də böyük imkanlara sahib olduğu da deyilir. İşin müəmmalı tərəfi də odur ki, əyalətdə fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyələşən bir qurumun rəhbəri həddindən artıq varlılar kateqoriyasındadır.

Verilən məlumatlara görə, Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin rəhbərini varlandıran elə büdcə pullarıdır. Belə ki, bu idarəyə ayrılan pulların böyük qismi transformator və motorların təmirinə sərf olunurmuş kimi sənədləşdirilib. Belə ki, illərdən bəri tender yolu ilə ayrılan pulların Nəcəfov tərəfindən mənimsənildiyi iddia edilir. Həmçinin onun su satışı işləri ilə məşğul olduğu da deyilir.

Teyyub Nəcəfovun Ağdamda 2 mərtəbəli villası, Bərdə və Bakıda isə bir neçə evi var. Bundan başqa, idarə müdirinin böyük ferması və geniş təsərrüfatları da mövcuddur. Onun Aran bölgəsində onminlərlə baş qoyun saxlatdırdığı deyilir.

Xeyli sayda avtlmobilləri olan Subartezian Quyularının İstismarı İdarəsinin rəisinin ən bahalı maşını isə «Porşe»dir. Dəyəri 100 min manatdan çox olan bu maşının şübhəsiz əmək haqqı ilə alınması inandırıcı deyil.

Nəcəfov həddindən artıq dostcanlıdır. Hətta ən yaxın dostu, Kapital Bankın Ağdam filialının müdiri Şəhriyar Mehdiyevə doğum günündə 70 min manatlıq avtomobil hədiyyə edib. Hərçənd idarə rəisinin dostu verilən hədiyyəni uzun müddət saxlamayıb və 1 ay sonra Bakıda maşın bazarında satdıraraq onu pula çevrib./jam.az/
733 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi