Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

Zaur Dadayev Nemtsovun qətli ilə bağlı etiraf ifadəsindən imtina etdi

Rusiyalı siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev etiraf ifadəsindən imtina edib. “TASS”ın verdiyi xəbərə görə, bu barədə “Moskovskiy komsomolets” nəşri məlumat yayıb. Qeyd edək ki, “Moskovskiy komsomolets”in müxbiri ictimai müşahidə komissiyasının tərkibində ötən gün cinayət işi üzrə həbs olunmuş Zaur Dadayev ilə görüşdə iştirak edib.

Zaur Dadayevin Nemtsovun qətli ilə bağlı etiraf ifadəsi verməsi barədə Basmannı məhkəməsinin sədri Natalya Muşnikova onun barəsində həbs hökmü elan edərkən bildirib. Dadayevin özü isə məhkəmədə Nemtsovun qətli ilə əlaqəli olmasına dair sualı şərh etməyib.

“Dəfələrlə “Sən Nemtsovu öldürdün?” deyə qışqırırdılar. Mən “xeyr” cavabı verirdim. Saxlanılan an mənimlə yaxın yoldaşım, keçmiş əməkdaşım Ruslan Yusupov olub. Və onlar etiraf ifadəsi verəcəyim təqdirdə onu buraxacaqlarını vəd etdilər. Mən razılaşdım. Düşündüm ki, onu xilas edərəm, məni isə sağ-salamat Moskvaya aparacaqlar və mən orada məhkəməyə günahsız olduğumu, həqiqəti deyəcəm. Lakin hakim mənə söz vermədi”, deyə Dadayev bildirib.

Dadayev qətl ilə heç bir əlaqəsi olmadığını təsdiqləyə biləcək şahidin olduğunu qeyd edib: “Kim mənim günahsız olduğumu təsdiqləyər? Yeri gəlmişkən mənimlə həmçinin Əli Matiyev də olub. O bunu təsdiqləyə bilər. Amma, o haradadır?”, deyə Dadayev bildirib.

İctimai müşahidə komissiyasının nümayəndələri istintaq təcridxanasında Boris Nemtsovun qətlində şübhəli bilinən daha 2 şəxslə - Anzor bə Şaqit Qubaşev qardaşları ilə də görüşüb. Şaqit Qubaşev də, öz növbəsində, ona qarşı güc tətbiq edildiyini və qətl ilə heç bir əlaqəsi olmadığını bildirib./apa/
966 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı