Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

İŞİD-in şok edam faktları

İŞİD-dən qaçan üzvlərdən biri hər şeyi ortaya açıb-tökdü

İŞİD terror qruplaşmasından canını qurtararaq qaçan yaraqlılardan biri İngiltərənin “Sky News TV” telekanalına xüsusi müsahibə verib.

Saleh adı ilə təqdim edilən keçmiş İŞİD yaraqlısı girovların necə edam edilməsi mövzusuna da toxunub. O, Con ləqəbli Məhəmməd Əmvazininin girovlardan birinin başını kəsərkən yanında olduğunu deyib. Onun sözlərinə görə, Əmvazi təşkilat içində əcnəbi girovları öldürmək işinə baxırdı.

Müsahibədə üzünü gizli saxlayan Saleh öldürülən yapon girov Kenji Qotonun edamına şahid olduğunu vurğulayıb: “Mən rəhbərlərimizin təlimatı ilə girovlara heç də narahat olmamalarını, sadəcə hökumətləri qorxutmaq üçün bir video çəkdiklərini deyirdim. Onlara qonağımız olduğunu, öldürməyəcəyimizi söyləyirdik, buna görə də girovlar öldürülərkən soyuqqanlı görünürdülər.”

Bundan başqa, o, Əmvazinin təşkilatda hörmətli və əcnəbi girovları öldürməyə çox həvəsli olduğunu sözlərinə əlavə edib./ans/
814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53
AB bu ölkəni rə