Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

Çörək sexində qalan məcburi köçkünlər burdan da çıxarılır (VİDEO)

Bərdənin Cəyirli kəndində keçmiş çörək kombinatı 23 ildir doğma torpaqlarından didərgin düşmüş Ağdam və Kəlbəcər rayonlarından olan insanların sığınacaq yeridir. Hazırda 10 ailə çətin şəritdə burada məskunaşıb. Məcburi köçkünlər deyir ki, qış fəslində dam örtüyü dağılmış tikililərin içərisinə qar və yağış suları tökülür. Torpaq döşəmə və beton divarlar əsl xəstəlik mənbəyidir. Şəraitsizlikdən ən çox əziyyət çəkənlər isə azyaşlılardır.

“Qış gəldi yağışın qabağını kəsmək mümkün olmur: “Evə qab düzürük, otaqlar nəmliyib. Həmişə uşaqlara və özümüzə müalicə götürürəm. Əlimizə gələn pulların hamısını iynəyə-dərmana gedir”, – deyə məcburi köçkün Aypara Əsədova bildirib.

Məcburi köçkünlər deyir ki, yayda da həşaratların əlindən içəri girmək olmur.

Burda yay vaxtı ilanların da körpələr üçün təhlükə saçdığı bildirilir.

Bütün bu çətinliklər bir yana, indi məcburi köçkünlər buradan da çıxarılmaları üçün sahibkar tərəfindən məhkəməyə verilib. Yerli məhkəmə də məcburi köçkünlərin çörək kombinatından çıxması haqda qərar qəbul edib. Məsələyə aydınıq gətirməsi üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin Bərdə rayon nümayəndəsi Sərdar Zeynalovla əlaqə saxladıq.

“Hər bir məçburi köçkün yeni inşa olunan qəsəbədən ev almaq istəyir. Amma bunları eyni vaxtda mənzillə təmin etmək mümkün deyil. Çox güman ki, növbəti köçürmələr zamanı dövlət komissiyası məhkəmə qətnaməsini və köçkünləri ağır şəraitdə yaşadıqlarını nəzərə alacaq”, – deyə Sərdar Zeynalov fikrini açıqlayıb. 

Sərdar Zeynalov onu da bildirdi ki, sahibkarla da söhbət aparılıb. Köçürmənin növbəti mərhələsinə kimi ərazidəki məcburi köçkünlər evsiz qalmayacaq./ans/


1065 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...