Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

Abbas Əraqçi sərhəddəki problemlərdən danışıb

Abbas Əraqçi: "Rəsmi Tehran İran və Azərbaycan vətəndaşlarının sərhəddə rahat gediş-gəlişində maraqlıdır"

"Ümid edirəm ki, İran-Azərbaycan sərhədində yaranan kiçik problemlər və idarəçilik prosedurları iki qardaş ölkə arasında əlaqələrə və münasibətlərə ziyan vurmayacaq"

Bunu Trend-ə eksklüziv açıqlamasında İran xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Abbas Əraqçi son vaxtlar iki ölkənin sərhədində yaranan problemi şərh edərkən bildirib.

A.Əraqçı deyib ki, rəsmi Tehran hər iki ölkənin vətəndaşlarının sərhəddə rahat gediş-gəlişində maraqlıdır: "Biz azərbaycanlı bacı-qardaşlarımızın İrana gedib-gəlməsini, eləcə də iranlı həmvətənlərimizin Azərbaycana səfərini alqışlayırıq".

Xarici işlər nazirinin müavini qeyd edib ki, İranın xarici siyasətinin prioriteti Azərbaycanla əlaqələrin dostluq və qardaşlıq şəraitində qurulmasıdır: "Biz əlaqələrin daha da inkişaf etdirilməsini istəyirik. Bəzi vaxtlar sərhədlərdə yaranan xırda problemlər tərəflərin xoş məramlılığı və nəzakəti ilə öz həllini tapır. Biz həmişə buna çalışmışıq".

A.Əraqçı bildirib ki, İranın Bakıda müştərək iqtisadi komissiyanın iclasının tezliklə keçirilməsində ciddi marağı var: "Ümid edirik ki, tez bir zamanda İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifin Bakıya səfəri zamanı bu komissiyanın iclası keçiriləcək".

Qeyd edək ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini bir müddət əvvəl bağlamışdı. Bu addım Azərbaycanın Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atılıb.
1876 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı