Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

Əlillərin binası çirkab sularında qərq olub (VİDEO)

Sabunçu rayon, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küşəsi, 22 və 26 saylı binaların qarşısı və zirzəmisi görünüşcə fərqlənmir. Burda yaşayanlar deyirlər ki, üfunət iyini hiss etmək üçün həyətə yaxınlaşmaq kifayətdir.

Əlillər üçün inşa edilən bu binalar sahiblərinə 2010-cu ildə təhvil verilib.Üç il ərzində heç bir problem olmayıb. Çünki binalar üçün qazılan şamboda 3 mühərrik quraşdırılıb. Son bir ilə kimi hər 3-ü fəaliyyətdə olub. Sonradan isə mühərriklərdən ikisi sıradan çıxıb.

“15-20 gün olar ki, bizim bir ədəd mühərrikimiz onlarda təmirdədi. İndiyədək onlar onun təmir edə bilmirlər. İkinci mühərrik də xarabdır, onu isə təmir etmək fikrləri yoxdur. Hazırda bir mühərrik işləyir, o da kiçik olduğundan gücü çatmır, hər dəfə sıradan çıxır”, – deyə şikayətçi Adil İsmayılov bildirib.

“Ötən ildən etibarən binanı zirzəmisi çirkab suların əsarəti altındadır. Bu günə kimi binanın zirzəmisinin suyu qurudulmayıb. Üfunətdən evdə oturmaq mümkün deyil”, – deyə şikayətçi Telman Əsgərov qeyd edib.

Bədbəxt hadisənin qarşısını almaq üçün sakinlər öz hesablarına mühərrik alıblar. Elektrik naqillərinə suyun çatmaması üçün hər gün saatlarla mühərrik vasitəsilə zirzəmidən su çıxarmalı olurlar. Hətta həyətdə suyun atılması üçün xəndək də qazdırıblar.

Problemlə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, artıq ərazidə işlərə başlanılıb. Tez bir zamanda problem həll olunacaq./ans/


1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...