Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

Milli Şura 15 mart mitinqi ilə bağlı xalqa müraciət etdi

Demokratik Qüvvələrin Milli Şurası 15 mart 2015- ci ildə saat 15 00- da Bakıda “İnşaatçılar” metrostansiyasının yaxınlığında "Məhsul" stadionunda “Talana son!” şuarı ilə keçirəcəyi mitinqlə bağlı xalqa müraciət edib. Müraciətdə deyilir;

“Dəyərli həmvətənlər!
Əziz bacılar və qardaşlar!
Yarıtmaz idarəetmə, misli görünməmiş talançılıq, həyatımızın bütün sahələrini iflic etmiş korrupsiya, ölkədə azad rəqabət mühitini məhv etmiş inhisarçılıq siyasəti, ölkə iqtisadiyyatının yalnız neft gəlirlərindən asılı vəziyyətə salınması 21 fevral 2015- ci il tarixdə öz məntiqi nəticəsini verdi. "Analoqu olmayan" iqtisadiyyatımız bir gecənin içində sabun köpüyü kimi partladı, bununla da Əliyevlər hakimiyyətinin "iqtisadi inkişaf" nağılı bitdi. Maaşlarını, təqaüdlərini, pensiyalarını və müavinətlərini manatla alan, əmanətlərini banklarda manatla saxlayan vətəndaşlarımız bir günün içində 34 faiz müflisləşdi. Xalqımızın milli sərvəti olan neftdən gələn milyardları mənimsəyən hakimiyyət özünün yarıtmaz sosial-iqtisadi idarəetməsi nəticəsində yaranmış büdcə kəsirini də xalqın cibinə girməklə ona ödətdirmək yolunu seçdi. Siyasi rejimin bütün çərçivələri aşmış dəbdəbəsi, zənginliyi, harınlığının hesabını bu gün öz 150-200 manatlıq maaşlarının, təqaüdlərinin, pensiyalarının 34 faizini büdcə kəsirini bağlamaq üçün itirməli olan sadə və aztəminatlı vətəndaşlar- bizlər ödəməli olacağıq.
Milli Şura onsuz da ağır sosial məhrumuyyətlərlə üzləşən, cüzi maaşı və pensiyası ləyaqətli həyat yaşamağa imkan verməyən Azərbaycan vətəndaşlarına qarşı dövlət səviyyəsində həyata keçirilən bu misli görünməmiş qarət və soyğunçuluq siyasətinə etiraz edən hər kəsi “Talana son!” şuarı ilə keçiriləcək mitinqində iştirak etməyə dəvət edir.
Bahalaşmaya, işsizliyə, yoxsulluğa, ölkə vətəndaşının ən ağır sosial problemlərlə çarpışdığı bir vaxtda milyardlarla ölçülən Avropa Oyunları israfçılığına, bu xalqın halal sərvətlərinin hakimiyyət tərəfindən talan edilməsinə daha susmaq istəməyən vətəndaşlarımızı, siyasi mənsubiyətindən asılı olmayaraq öz taleyinə, ölkəmizin və xalqımızın gələcəyinə görə narahat olan hər kəsi bu mitinqdə görmək istərdik.
"Talana son”" mitinqi 15 mart 2015-ci il tarixdə saat 15 00- da, "İnşaatçılar" metro stansiyasının yaxınlığında, "Məhsul" stadionunda keçiriləcək.
Mitinq Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılacaqdır."/azadlıq/
1264 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<