Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

Salyanda əhali su içində yaşayır - Foto

Yağış və qar suları evlərə dolub, FHN-in regional idarəsinin rəisi və işçilərini isə gördüm deyən yoxdur

Ötən ay Muğan zonasna yağan qarın fəsadları hələd davam edir.Beləki Neftçala və Salyan rayonlarında (xüsusən də kəndlərdə) qardan sonra yağan yağış suları həyətləri (bağ sahələrini), evlərin zirzəmisini basaraq, ciddi ziyan vurub. Acınacaqlı durum hələ də davam edir.

Rayondan aldığımız məlumata görə, evlərini su basmış sakinlər həyətlərindəki suyu təmizləmək üçün mal-qarasını sataraq, onun pulu ilə maşınlar çağıtdırır. Lakin yığılmış suyun həcminin çoxluğu səbəbindən maşınlarla daşıtdırmaq da bir işə yaramır. Bəziləri isə kiçik həcmli nassoslarla suyu hara vuracaqlarını belə bilmirlər. 

Qeyd edək ki, mövcud fəsadların aradan qaldırılması üçün yetərli qədər imkan və şərait olsa da, səlahiyyət sahiblərinin kabinetlərindən çıxmaması işə əngəl olur. Məsələn, belə vəziyyətlərdə prosesə qoşulmalı olan FHN-in Muğan Regional Mərkəzi fəaliyyətsiz şəkildə müşahidəçi qismində çıxış edir. Mərkəzin rəisi, polkovnik Mehman Axundov və başçılıq etdiyi qurumun nəzdindəki texnikalar isə elə yerindədir. Heç tərpədilmir. 

Sakinlərin verdiyi məlumata görə, Mehman Axundovu idarədə tapmaq olmur. Onun yalnız şəxsi obeyklərində, xüsusən də («Qızıl Gül» restornında) qəbuluna düşmək olar ki, buradada dərdini desən, elə cavab alırsan ki, sanki kiçik dağları bu insan yaradıb. Adı etik davranış qaydaların belə bilməyn birini bu boyda idarəyə rəhbərlik etməsi həqiqətndə təəccüblüdür.

Salyanlılar deyir ki, Mehman Axundov bu işdən əvvəl əmisi, Dövlət mühafizə xidmətinin rəisi, general Vaqif Axundovun tabeliyində çalşıb. Oradan çıximasının səbəbi isə özünü apara bilməməsi, müxtəlif qalmaqallı məsələlərə qarışması, haqqında xeyli sayda şikayətin olması göstərilir. Elə əmisi də buna dözməyib, sonunda onu işdən çıxarıb. Ardından isə Muğan Regional İdarəyə rəis təyin etdirib. 

İddia edilir ki, Mehman Axundovun əsəbi olmasının səbəbi hələ SSRİ dönəmində hərbi qulluq qaydalarını pozduğuna görə, «dizbat»da yatması olub. Buraya bir də iki generala arxalanmağı əlavə etsək, mənzərə tam aydınlaşar./jam.az/


JAM.AZ-a danışan rayon sakinləri bildirir ki, bölgədəki iş adamları Mehman Axundovun əlindən bezərək, çar-naçar qalıblar. Bəziləri onun qohum-əqrabasına olan hörmətə sahib səsini çıxarmasa da, bəziləri şikayətçi düşməkdən başqa çıxış yolları qalmayıb. «Bu adam İmişlidə Şəhidlər Xiyabanında aparılan tikinti işləri ilə maraqlanır. Qadağalar qoyur, iş adamlarını divara dirəyir. Bütün bunları anlayırıq. Heç olmasa gözünün qarşısındakı Salyanda su basmış evlərə də baş çəksin? Axı, belə də olmaz. Bu qədər özbaşınalıq harada görsənib? İnsanlar suyun içində əziyyət çəkir, bunları isə heç nə maraqlandırmır». 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
1010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi