Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

Azərbaycan daha bir böhranla üz-üzə

Rusiyadakı həmyerlilərimiz kütləvi şəkildə deportasiya olunur

Rusiya Federasiyasında yaşayan qeyri-ruslar kütləvi şəkildə deportasiya olunur. Onların arasında Azərbaycandan Rusiyaya gedənlər də çoxluq təşkil edir. Bu barədə Rusiyada yaşayan həmyerlilərimiz məlumat verib. Onların sözlərinə görə, son aylarda xeyli sayda həmyerlimiz və başqa millətdən olanlar Rusiyadan çıxarılıb.
“Deportasiya yeni miqrasiya qaydaları ilə izah olunur. Lakin elə deportasiya olunmuş elə şəxslər var ki, onlar heç bir qanun pozuntusuna yol verməyib. Ona görə, səbəbin bu olduğu barədə şübhələr var. Bəzi məlumatlara görə, deportasiya Rusiyadakı böhranla bağlıdır. Böhran Rusiya iqtisadiyyatına ciddi zərbə vurub. Xeyli iş yerləri bağlanıb. Işsizlər ordusunun sayı artıb. Belə bir vəziyyətdə qeyri-rusları ölkə üçün əlavə yük kimi görürlər. Ona görə də deportasiya kütləvi xarakter alıb”, - deyə həmyerlilərimiz bildirib.
Qeyd edək ki, ötən il dekabrın ayının sonuna olan rəsmi statistikaya 34 min azərbaycanlı Rusiyadan deportasiya olunub. Bu Rusiya Federal Miqrasiya Xidmətinin məlumatıdır. Həmyerlilərimiz deyir ki, bu dəfə deportasiya daha kütləvi xarakter alıb. Bu da on minlərlə həmyerlimizin geri qayıdacağını deməyə əsas verir. Azərbaycanın özündə də böhran üzündən sosial-iqtisadi vəziyyət ürəkaçan deyil. Bu halda on minlərlə həmyerlimizin Rusiyadan Azərbaycana köç etməsi ölkədə vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər./azadlıq/
687 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:15