Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

Yalan danışırsan!

Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur, heç kim həbs edilmir. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Ölkədə yüzlərlə mətbu orqan çıxır, internet azaddır, senzura yoxdur. Deyirsənsə, Yalan danışırsan!
“Azərbaycanda siyasi məhbus yoxdur” fikri həmçinin Avropanın və dünyanın ən vacib institutlarından biri olan AŞPA tərəfindən təsdiq edilir. Azərbaycan 10 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür, biz Avropa İnsan Haqları Məhkəməsinin üzvüyük, bu da o deməkdir ki, Azərbaycanda siyasi məhbus ola bilməz. Deyirsənsə, Yalan danışırsan!
Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür. Azərbaycan iqtisadiyyatına çox böyük təkan verilmişdir və o, bu gün də davam etdirilir. Bütün bunlar, əlbəttə ki, növbəti illərdə iqtisadiyyatımızın daha da şaxələndirilməsinə gətirib çıxaracaqdır. Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, neft-qaz amilindən asılılıq daha da aşağı düşəcəkdir. Beləliklə, ölkə öz inkişafını uğurla davam etdirəcəkdir və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları bundan sonra da ildən-ilə daha da yaxşı yaşayacaqlar. Deyirsənsə, Yalan danışırsan!
Biz təhsil sahəsinə böyük sərmayələr qoymuşuq. Enerji resurslarından əldə olunan gəlirləri təhsil, müasir texnologiya, xidmətlər sahələrinə sərmayə kimi qoyduq. Savadlılıq səviyyəsi yüz faizdir. Neftin qiymətindən asılı olmayaraq, bu gün gəlir əldə edən orta təbəqə var. Deyirsənsə, Yalan danışırsan!
Son illər aparılan ardıcıl islahatlar sayəsində ölkə iqtisadiyyatı sürətli inkişaf yoluna qədəm qoyub, əhalinin bütün təbəqələri, o cümlədən gənclər arasında yoxsulluğun və işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Deyirsənsə, Yalan danışırsan!
Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət institutlarının tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir. Deyirsənsə, Yalan danışırsan!
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək. Deyirsənsə, Yalan danışırsan!
Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Azərbaycan artıq özünü beynəlxalq arenada etibarlı və böyük hörmətə malik ölkə kimi təsdiqləyib. Deyirsənsə, Yalan danışırsan!
Ölkəndə səni tənqid etdiyinə görə həbsdə olan jurnalistlər var. Azərbaycan 2014-cü ildə 10 ən böyük jurnalist həbsxanasının olduğu ölkələr sırasında yer alıb. Bunu Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (BJMK) həbsdə olan jurnalistlərin siyahısını qeyd edib.
Ölkəndə sənin seçkiləri saxtalaşdırdığını deyən QHT nümayəndəsi, sənin siyasətini tənqid edən siyasətçi, siyasi məhbusların varlığını dünya ictimaiyyətinə çatdırmağa çalışan hüquq müdafiəçilərindən ibarət siyasi məhbus ordun var. “Amnesty İnternational” beynəlxalq insan haqlarını müdafiə təşkilatının son hesabatında başçısı olduğun ölkəndə azı 6 tanınmış hüquq müdafiəçisi həbs edildiyini, aparıcı hüquq müdafiə təşkilatlarının isə fəaliyyətlərini dayandırmalı olduğunu qeyd edib.
Ölkəndə idarəetməni tənqid edən sosial media fəalları, bloqqerlər, saxta, əsasən narkotik maddə saxlama ittihamı ilə məsuliyyətə cəlb olunublar.
Ölkəndə təhsilsiz, savadsız, Suriyada vuruşan (vəhhabi) gənclərin var. Hansı ki, qeyri-rəsmi məlumatlara görə, onların sayı 250 nəfəri ötüb.
Və nəhayət, ölkəndə xalqla iqtidar arasında zərrə qədər də birlik ola bilməz. Sənin getdiyin küçələrdə xalq yoxdur.

Cavid Abdullayev /azadlıq
919 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:45
Eldar Mahmudovun dah