Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

Milli Şuraya qarşı təxribat: Bakı meriyasının adından yayılan məktub saxta çıxdı

Milli Şuranın 15 mart mitinqinə qarşı təxribata yol verilib.

Facebook-da və saytlarda Bakı Şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə 15 mart mitinqinə razılıq verilmədiyinə dair məktub yayılıb.

Azadlıq.info-nun xəbərinə görə, Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı bununla əlaqədar bildirib ki, həmin məlumatı görən kimi Zaur Ramazanovla əlaqə saxlayıb.

Zaur Ramazanov deyib ki, onun imzası ilə yayılan həmin məktub saxtadır. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart mitinqi ilə bağlı cavabı hələ hazırlamayıb. Cavab hazır olan kimi təşkilatçılara göndəriləcək.

BŞİH rəsmisi bu mövzuda təşkilatçıların xəbəri olmadan yayılan istənilən məlumata inanmamağı məsləhət görüb
709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02