Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

“Azəriqaz”ın əsas şöbəsi ləğv edildi: 100 nəfər işsiz qaldı

Bu gün Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində əsas şöbələrdən biri ləğv edilib. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçinin sözlərinə görə, artıq paytaxtın 11 rayonunda qaz istismar sahələrinin “Sayğacların qəbulu və istismarı” şöbələrinin ləğvinə başlanılıb. Martın 10-da isə 100 işçiyə ixtisar bildirişi verilib.

M.Qəhrəmanlı qeyd etdi ki, şöbələrin ləğvi “Azəriqaz”ın tərkibində yeni reqional qurumun yaradılması ilə əlaqədardır. Yeni quruma Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentində bilik və bacarıqları yoxlanılaraq, ən yüksək bal toplayan işçilər qəbul olunacaq.
892 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...