Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

Ərdoğan terrorçu ittihamı ilə mühakimə olunacaq

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin rejimi tərəfindən terrorçu ittihamı ilə mühakimə olunacaq.

Misirli vəkil Tariq Mahmud Türkiyə və Ərdoğan barəsində bir neçə maddə ilə məhkəməyə müraciət edib.

Misirin seçilən prezidenti Muhamməd Mursinin hərbi dövlət çevrilişi ilə devrilməsindən sonra qaldırılan məhkəmə iddiasında Türkiyənin və Ərdoğanın “Müsəlman qardaşları”na dəstək verdiyi, ölkədəki dövlət çevrilişini tənqid etdiyi, meydanlarda zorakılıq törədənləri silahla təmin etdiyi irəli sürülüb.

İddia barədə ilk məhkəmə prosesinin bu il martın 24-də İskəndəriyyə şəhərindəki Təcili İşlər məhkəməsində olacağı bildirilir.
876 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.18, 08:56
ABŞ-da növbəti atışma
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP