Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

Azərbaycan-Gürcüstan sərhədində kütləvi etiraz aksiyası

Gürcüstan-Azərbaycan sərhədindəki Laqodexi gömrük-keçid məntəqəsindəki avtomobil yolunda hərəkət dayandırılıb. Buna səbəb hər iki tərəfdən olan rayonların yerli sakinlərinin keçirdiyi etiraz aksiyasıdır.

“İnterfax” xəbər verir ki, aksiya iştirakçıları magistral yolu kəsərək Azərbaycandan Gürcüstana gedən maşınların hərəkətinə imkan verməyiblər. Onlar Azərbaycan tərəfinin tətbiq etdiyi yeni qaydalardan narazı qaldıqlarını bəyan ediblər. Bildiriblər ki, aksiyaya səbəb də yeni qaydaların qəbuledilməz olmasıdır.

Aksiya iştirakçıları Gürcüstan və Azərbaycan hökumətlərinə müraciət edərək bu məsələni tezliklə həll etməyə çağırıblar.

Qeyd edək ki, “Avro 4” standartlarının tələblərinə cavab verməyən avtomobillərin sərhədi keçməsinə qadağa qoyan məhdudiyyətlər bu yaxınlarda qüvvəyə minib.

Etiraz aksiyası isə yarım saat davam edib. Bundan sonra avtomagistralda hərəkət bərpa olunub.
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
11.12.17, 17:30
Avroliqada püşk atıldı
Go to TOP