Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

Əsgərin müəmmalı ölümü və faktın gizlədilməsi cəhdləri...

Azərbaycanda daha bir əsgər ölümü faktı qeydə alınıb. Ancaq əsgərin intihar etdiyi, yoxsa qəsdən öldürüldüyü müəmmalı olaraq qalır.
Gəncə Hərbi Prokurorluğunun verdiyi məlumata görə, martın 7-də "N” saylı hərbi hissədə qulluq edən əsgər Bayramov Anar Günəş oğlu dünyasını dəyişib.
Bildirilib ki, ölüm hadisəsi ilə əlaqədar olaraq Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi işi açılıb:
“Hərbçi Anar Bayramov ali təhsilli olub. Hazırda araşdırma aparılır. Ola bilsin ki, faktla əlaqədar olaraq cinayət məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə də cinayət işi açılsın. Həmin şəxsin hərbi xidmət müddəti iyul ayında başa çatmalı idi”.
Qeyd edək ki, B. Anarın ailəsi tərəfindən mətbuatda məlumatlar yayılıb. Bildirilib ki, o, hərbçi yoldaşı tərəfindən güllələnərək qətlə yetirilib. A. Bayramov Azərbaycan Dillər Universitetinin məzunu olub.
Bu mövzuyla əlaqədar Musavat.com redaksiyası ilə əlaqə saxlayan və özünü mərhum Anar Bayramovun qohumu kimi təqdim edən şəxs isə yayılan informasiyaların həqiqətə uyğun olmadığını bildirərək, xəbərin saytdan çıxarılmasını xahiş edib.
Onu da qeyd edək ki, Azvision.az saytı müvafiq xəbəri öz səhifəsindən götürüb.
Beləliklə, aydın deyil: gənc və ali təhsilli əsgərin ya intihar etməsi, ya da qəsdən öldürülməsi faktı nəyə görə gizlədilməlidir? Fakt odur ki, gənc əsgər artıq həyatda yoxdur./azvision/
988 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP