Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Ferqüsonda ard-arda istefa

ABŞ-da polis tərəfindən qətlə yetirilən afroamerikan vətəndaşın yaşadığı rayonda ard-arda istefalar müşahidə olunur.

Amerikanın CNN telekanalı Ədliyyə Nazirliyinin Ferqüson polisinin qaradərililərə qarşı irqçi hərəkət etdiyi barədə hesabat yaymasından sonra şəhər polisi rəisinin istefa verdiyi xəbərini yayıb.

Polis rəisi Tomas Cekson Sent Luis pilis idarəsində 30 il ərzində müxtəlif vəzifələrdə çalışıb.

Bundan başqa, şəhər bələdiyyəsində işləyən bir vəkilin, iki polisin, eləcə də şəhər məclisi sədrinin istefa etdiyi vurğulanır.

Xatırladaq ki, Maykl Braun avqustun 9-da Fergüson şəhərində polisin tələbinə tabe olmadığına görə qətlə yetirilmişdi. İnsidentdən sonra şəhərdə kütləvi iğtişaşlar, polis ilə etirazçılar arasında toqquşmalar baş vermişdi./ans/
953 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı