Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Amerika Birləşmiş Ştatlarında helikopter qəzası baş verib

Amerika Birləşmiş Ştatlarında (ABŞ) helikopter qəzası baş verib.

ABŞ-ın Florida ştatında hərbi təlimlərə cəlb edilən helikopterlərdən qəzaya uğrayıb.

İçərisində 11 hərbçi olan helikopter qatı dumanlı hava şəraitində düşüb. Pensakola və Destin bölgələrində orduya aid sahil bölgəsində axtarışların həyata keçirildiyi bildirilir.

Son olaraq axtarışlar zamanı helikopterin müəyyən issələrinin və insan qalıqlarının aşkar edildiyi xəbəri yayılıb. Bu isə 7-si HDQ, 4-ü HHQ hərbçisi olmaqla, 11 hərbçinin həyatda qalmaq ümidlərinə son qoymaq deməkdir.

Ağ Ev rəsmisi Coş Ernest gün ərzində keçirilən brifinqdə ABŞ prezidenti Barak Obamanın generallar ilə danışdığını, hərbçilərin itkisindən sarsıldığını və onların ailələrinə başsağlığı çatdırdığını deyib.
1074 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...