Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Şirvanda vəhhabini icra nümayəndəsi qoyublar?

Hamlet Hüseynovun Hacı Vüqarla birlikdə radikal dini qrupun üzvlərinə maliyyə yardımı etdikləri iddia olunur

Şirvan İcra Hakimiyyətinin 1 saylı Ərazi Dairəsi üzrə nümayəndəliyi ilə bağlı maraqlı, həm də ittiham dolu şikayətlər var. Sözügedən dairədə bir xeyli qanun pozuntusu və bir o qədər yeyinti hallarının olduğu iddia edilir.

Məlumatda deyilir ki, nümayəndəliyin rəhbəri Hamlem Hüseynov bu posta 2013-cü ilin martında təyinat alıb. İddia edilir ki, bu qurumdan «Forma 2» və ya yaşayış yerindən arayış almaq heç də pulsuz başa gəlmir. Bundan əlavə, Şirvanda yaşıllaşdırma və abadlıq işlərinə də nəzarət edən həmin qurumun rəhbəri bir xeyli ciddi pozuntulara yol verib. Hərçənd həmin pozuntuların ona Bakının bahalı yerində özünə villa inşa etdirməsi, habelə bahalı avtomobillər sürməsinə səbəb olub. O da deyilir ki, Hamlet Hüseynov məhz ağacların kəsilməsi, torpaq satışı və digər işlərdə də ad çıxarmış ərazi nümayəndəsidir.

Maraqlı məqamlardan biri odur ki, Şirvanda baş verən hər hansı bir avtomobil qəzası nəticəsində şəhər təsərrüfatına zərər dəyirsə, Hamlet Hüseynov həmin sürücüdən idarənin illik xərclərini alır. «Kiçik və yenicə əkilmiş şam ağacına zərər dəyərsə, həmin ağac Hamlet Hüseynovun sənədləşdirməsi əsasında dönüb olur 30 illik «Xan Çinarı». Hətta onun qəzadan sonra cavabdeh şəxsin ödədiyi pulların böyük qismini mənimsədiyini də bilməyən yoxdur».

O da vurğulanır ki, Şirvan 1 saylı Ərazi İdarəsində əhali tərəfindən ödənilən rüsumlar üçün sek sənədləri verilməli olduğu halda, dədə-baba qaydasına üstünük verilir.

H.Hüseynovun əsas himayədarı bir zamanlar Şirvanda baş arxitektor olmuş Hacı Vüqardır. Bəzi iddialara görə, sözügedən şəxs Şirvandakı vəhhabilərin əsas himayəçisi kimi tanınır. Və onlara maliyyə dəstəyi verir. Həmin maliyyəçilərdən biri kimi, H.Hüseynovun da adı çəkilir. Hətta onun hər cümə kənd evlərində yerləşən vəhhabi məscidinə getdiyi bildirilir və bununla bağlı videogörüntülərin belə olduğu deyilir.

Həmin görüntüləri bizə təqdim edən şirvanlılar Hamlet Hüseynovun şəhərdə vəhhabilərə yardımçı olduğunu israr edirlər./jam.az/
1024 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber