Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Ölkədə növbəti bahalaşma

Əliyevlərin ərzaq monopolisti «Azərsun» qiymətləri 17 faiz artıracaq

Yağın, çayın, qəndin, şəkər tozunun, ət konservlərinin, turşuların, duzun və s. qiyməti qalxacaq

Azərbaycanda əsas qida məhsullarının istehsalı ilə məşğul olan “Azərsun Holdinq” manatın kəskin ucuzlaşdırılmasından əziyyət çəkir. Fins.az-ın məlumatına görə, bu barədə III Beynəlxalq “Caspian Energy Forum-2015"də şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl məlumat verib. Bununla belə, onun sözlərinə görə, rəhbərlik etdiyi holdinqin xarici bazardan asılılığı yarıbayarıdır. Buna görə də istehsal edilən məhsulların qiyməti dolların bahalaşması qədər, yəni 34% deyil, təxminən 15-17% artacaq.
Onu da qeyd edək ki, hazırda Azərbaycanın qida bazarının böyük hissəsinə nəzarət edən “Azərsun” şirkəti yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq malları istehsal edir. Şirkətin belə bir qərar verməsi isə bazara təsirsiz ötüşməyəcək.
Iqtisadçı Samir Əliyevin sözlərinə görə, əslində Abdulbari Gözəlin açıqlaması ilk rəsmi bəyanat kimi dəyərləndirilməlidir. Çünki, bu açıqlama artıq onu göstərir ki, hökumət qiymət artımına getməyə hazırlaşır: “Hökumət bazarda qiymət artımını inzibati yolla birtəhər saxlayır. Amma bu addım müvəqqəti xarakter daşıyır. Hamı bilir ki, ”Azərsun" inhisarçı şirkətdir. Bu şirkətin qiymətləri qaldırması bazara mütləq öz təsirini göstərəcəkdir".
S.Əliyev vurğuladı ki, bir sıra məhsullar var ki, onların inhisarçısı məhz “Azərsun”dur. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, “Azərsun”un mal təqdim etdiyi xırda şirkətlərin xərci daha da artıb: “Azərsun” inhisarçı şirkət olduğuna görə devalvasiya ona daha az zərbə vurur. Ən çox ziyan çəkənlər isə kiçik şirkətlərdir. Deməli, “Azərsun” mallarının qiymətini 15-17 faiz arası qaldırırsa, digər şirkətlər daha çox bahalaşmaya getməyə məcburdur. “Azərsun”un məhsullarının qiymətini təxminən devalvasiyanın yarısı qədər qaldırması səbəbi onunla bağlıdır ki, bu şirkətin daxili istehsalı var. Amma sual oluna bilər ki, daxili istehsal varsa, nəyə görə qiymətlər qaldırılır. Məsələn, şəkəri götürək. Bu məhsul, demək olar, daxili istehsaldır. Amma şəkər xammalı Azərbaycana Braziliyadan gətirilir. Devalvasiyaya görə şəkərin qiyməti bahalaşır. Nəticədə bahalı xammal ilə istehsal olunan şəkərin də qiyməti qalxmalıdır".
Xatırladaq ki, 2013-cü ildə jurnalist araşdırmaları “Azərsun” şirkətinin Əliyevlər ailəsinə məxsus olduğunu ortaya çıxarmışdı. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun müxbiri Stefan Candeanın araşdırmasından bəlli olur ki, holdinqə rəhbərlik edən Gözəl ailəsi əslində Leyla və Arzu Əliyevanın işçiləridir. Onun aşkarladığı sənədlərdən bəlli olur ki, iş adamı Həsən Gözəl 2008-ci ildə prezident Ilham Əliyevin qızlarının adına Ofşor zonada - Vircin adalarında qurulan Rosamunt International şirkətinin direktoru imiş. Bu araşdırmanın aparılmasında xarici jurnalistə hazırda həbsdə olan Xədicə Ismayıl da yardımçı olub./azadlıq/
1244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:40