Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Şəhid ailələrinə çox görülən 148 milyon və...

Olimpiya stadionun tikintisinə 640 milyon, 1 ayda "abadlıq işləri"nə yarım milyard vəsaitin xərclənməsi

Saxta vətənpərəvrlər buna niyə etiraz etmirlər?


Hakimiyyətin yarıtmaz siyasəti hər gün artan xəttlə ifşa olunur. Ən sadəlövh vətəndaş da başa düşür ki, uzun illər danışılanlar yalan imiş və bu yalandan istifadə edərək bir qrup insan milylarderə çevrilib. Əsasən də iqtisadi sahədə baş verənlər göstərdi ki, ölkə iqtisadiyyatı şikəst vəziyyətdədir və neftdən asılıdır.
Belə bir vaxtda ölkəmizdə Avropa oyunları keçiriləcək və milyardlarla manat havaya sovrulacaq. Üstəlik bu tədbirə gələnlərin xərclərini də “səxavətli” hökumətimiz ödəyəcək. Indi isə məlum olur ki, 80 dəqiqəlik mərasim üçün Olimpiya stadionuna 640 milyon manat pul xərclənib. Yalnız açılış və bağlanış mərasimi üçün 640 milyon manat israf edilib. Ölkə başçısı isə israfçılığa qarşı mübarizədən, vəsaitlərin qədrini bilməkdən danışır.
Ən maraqlı məqam isə budur ki, saxta vətənpərvərlər, hakimiyyətin boşqabını yalayanlar, keçmişindən imtina edənlər, sabahını yaltaqlıqla təmin etməyə çalışanlar ortaya çıxıb və hakimiyyətin yarıtmaz siyasətini pərdələməklə məşğuldular. Indi bu “ramedilmiş qoşun” saytların forumuna şərh yazmaqla, hakimiyyəti ifşa edən məqalələri təkzib etməklə özlərinə “xal” qazanmağa çalışırlar. Daha doğrusu bu adamları səfərbər ediblər ki, “Azadlıq” ın saytına hücum edin və ifşanın qarşısını almağa çalışın.
Amma bu adamlar daha da adiləşməyə, ikrah hissi yaratmağa xidmət edirlər. Çünki, bu adamların millət və dövlət sevgisi olsaydı, bu israfçılığa görə hesab sorardılar. Necə olur ki, 80 dəqiqəlik mərasimə görə 640 milyon manat xərclənir, amma şəhid ailələrinin sosial sığorta haqqı 20 ildir ödənilmir. Vəziyyət o həddə çatıb ki, şəhid ailələri etiraz aksiyası keçirirlər.
Hansıki, şəhid ailələrinə ödəniləcək məbləğ 148 milyon manat edir. Təkcə yanvar ayında abadlıq işlərinə 648 milyon vəsait xərclənib. Deməli, bu hakimiyyət üçün şəhidin dəyəri, hansısa stadiondan, hansısa binanın fəsadından 5 dəfə azdır. Başqa vaxt Qarabağ dərdindən, vətənpərvərlikdən danışanlar, adi statistika ilə sübut edirlər ki, saxtakardılar. Bu hakimiyyət erməni idmançının xərcini ödəməyə hazırdır. Amma erməni ilə döyüşdə şəhid olanları süründürmək qərarı verib.
Məhz buna görə saytların forumlarında özlərini “həlak” edən, yazılanların yanlış olduğunu əsaslandırmağa çalışan “vətənpərvər”lər ə sual edirik? Niyə vicdanınız tərpənmir, niyə şəhidin haqqını tələb etmirsiniz, niyə hakimiyyətin erməni sevgisinə etiraz bildirmirsiniz?
80 dəqiqəlik mərasimə görə 640 milyon manatın israfına haqq qazandıranlar, hansı haqla özlərini bu ölkənin vətəndaşı hesab edirlər?
Həqiqəti deməyə cəsarəti çatmayan, şərin nökərinə çevrilən adamların izahı heç kimə maraqlı deyil. Sadəcə olaraq bu adamlar ürək bulandırmaqla məşğuldular.
Saytlardakı xəbərlərə şərh yazan bu “hazırcavab”lar , müəllimin, həkimin, təqaüdçünün ağır vəziyyətindən, ölkədəki korrupsiyadan, məmur özbaşınalığından niyə yazmırlar? Ona görə ki, ənamlarını alıblar və ağalarına xidmət etmək öhdəliyi götürüblər.
Bizim yazdıqlarımızı, xalqa çatdırdıqlarımızı cəfəngiyyat adlandıranlar, özlərinə nəzər salmağı unutmasınlar. Çünki, onlar insan şəxsiyyətinin ən cəfəng vəziyyətə salınmasının nümunəsini yaradıblar.
Bizim üçün ölkə vətəndaşı, şəhid ailəsi, ağır sosial problemlərin yükü altında əzilən insanlar, hansısa binanın üz qabığından, çökən Olimpiya stadionundan çox-çox önəmlidir. Biz istəmirik ki, həyatını bu ölkəyə qurban vermiş insanların haqqı, hansısa əhəmiyyətsiz stadionun qurbanına çevrilsin.
Demokratiya, insan haqları, qanunun aliliyindən söhbət düşəndə Avropaya nifrət edənlərin, necə Avropa oyunları sevgisi yarandı? Ona görə ki, bu dəfə Avropa adı altında milyardları talan etmək, saxta imic düzəltmək imkanı yaranıb.
Amma ifşa prosesi geridönməz xarakter alıb və hakimiyyətə nökərçilik edənlər bu prosesin ən çirkli elementinə çevriləcək./azadlıq/
880 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı