Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

ABŞ-da iki polis əməkdaşı güllələnib - Fotolent

ABŞ-ın Ferquson şəhərində polis şöbəsinin yaxınlığında iki polis əməkdaşı güllələnib.

İnterAz-ın "Associated Press"-ə istinadən məlumatına görə, insident bu gün gecə saatlarında baş verib. Polislərdən birinin üzündən güllə yarası aldığı bildirilir.

Məlumata görə, insident baş verərkən şəhərin polis idarəsinin rəisi Tomas Ceksonun dünənki istefasından sonra idarənin qarşısına toplaşan etirazçılar və polis əməkdaşları da ərazidə olub.

Ferqusonun polis polkovnik leytenantı Al Eykhof yerli qəzetə müsahibəsində bildirib ki, güllələnən polislərin onun nəzarətində olan polis şöbəsinin əməkdaşları olması barədə məlumatı yoxdur və polis əməkdaşlarının aldığı xəsarətin həcmi barədə də məlumatsızdır.





1086 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı