Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Akif Nağı: “Torpaqlarını zəbt edənlər ölkəmizdə yarışa qatıla bilməz”

Ermənistan idmançıları Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək. Qeyd edək ki, daha əvvəl Ermənistan Güləş Federasiyası Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni güləşçilərin iştirakının əleyhinə olduğunu açıqlamışdı.

Federasiya məsələni araşdırdıqdan sonra erməni güləşçilərin oyunlarda iştirakını mənasız və qeyri-məqsədəuyğun hesab etmişdi. Ermənistanın idman naziri Qabriel Kazaryan isə bildirmişdi ki, ölkə güləşçiləri I Avropa Oyunlarında mütləq iştirak etməlidirlər.

Sonda Ermənilər iyunda Bakıda keçiriləcək yarışda təkbətək idman növlərində mübarizə aparmağa qərar veriblər. Ermənistan millisinin Avropa Oyunlarında iştirak edəcəyi idman növləri məlum olub. Ermənistan Milli Olimpiya Komitəsi ölkəmizə güləş, sambo, cüdo, taekvondo, boks və atıcılıqda təmsil olunmağı məqsədəuyğun hesab edib.

Bu 6 növdə isə hansısa idmançıya məcburiyyət tətbiq olunmayacaq. Hər bir kəs öz istəyi ilə komandaya cəlb ediləcək. Oyunlar iyunun 12-28-də Bakıda keçiriləcək və 20 növ üzrə yarışlar təşkil olunacaq.

Ermənilərin Bakıya gəlməsinə isə etirazlar var. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, onların mövqeyi birmənalıdır. QAT sədri hesab edir ki, işğalçı dövlət Azərbaycanın ev sahibliyi etdiyi yarışmada iştirak edə bilməz. A.Nağı təşkilatın buna imkan verməməyə çalışacağını açıqladı. O, ermənilərin yarışmanın vaxtından əvvəl ölkəni tərk etməli olacaqlarını vurğuladı: “Bizim mövqeyimiz birmənalıdır və Ermənistan idmançılarını Bakıya dəvət edənlər də bunu düşünsünlər. Biz onların Bakıya gəlməsinin əleyhinəyik və ermənilərin burada yerləşməsinə imkan verməyəcəyik. Əgər gizli şəkildə yerləşmə olacaqsa, onların vaxtından qabaq getməsi üçün yarışlar pozulacaq. Ona görə də vaxtından əvvəl getməli olacaqlar”.

A.Nağı aksiyalar və digər tədbirlər keçiriləcəyini, həbsdən qorxmadığını söylədi: “Aksiyalar da olacaq, şəraitə uyğun tədbirlər də. Qeyri-standart yollardan istifadə ediləcək. Mən həbsə hazıram. Amma Ermənistan işğalçı dövlətdir və dünya başa düşməlidir ki, Azərbaycan torpaqlarını zəbt edənlər ölkəmizdə yarışa qatıla bilməz”. /musavat/
1194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı