Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Biznesmen külli miqdarda bank borcuna görə intihar edib

Bakıda iş adamı intihar edib. Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Fizuli Şabay oğlu Qasımovun odlu silahdan atəş açaraq özünü öldürüb.

O, “Goranboy Gips" Kombinatının direktoru idi. Müəssisə 1992-ci ildən fəaliyyətə başlayıb və 2001-ci ildə II Özəlləşdirmə Proqramı zamanı Fizuli və Aydın Qasımov qardaşları tərəfindən özəlləşdirilib.

Fizuli Qasımov ASC-nin səhimlərinin 58,04, onun qardaşı Aydın Qasımov isə müəssisənin səhmlərinin 34 faizinin sahibidir. Atasının imzası ilə “Bank of Azerbaijan”dan onun adına götürülən kredit qaytarılmadığından, bank F.Qasımovun şirkətini məhkəməyə verib və “Goranboy Gips”in əmlakına həbs qoyulub. Bundan sonra gips karxanası iki mərhələdə F.Qasımovdan alınaraq “Azbentonit” MMC-yə verilib. Hətta bir müddət əvvəl F.Qasımovla qarşı tərəf arasında məhkəmə çəkişməsi olub./axar/
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.