Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Cəmil Həsənlinin adından yalan məlumat yayıldı

15 mart mitinqinə növbəti təxribat: Cəmil Həsənlinin adından yalan məlumat yayıldı

Milli Şuranın 15 mart mitinqi ilə bağlı növbəti informasiya təxribatı törədilib. Milli Şuranın sədri cəmil Həsənlinin adından onun facebook səhifəsində belə bir məlumat yerləşdirilib ki, guya Bakı Şəhər İcra Hakimiyyəti 15 mart mitinqinə razılıq verməyib və aksiyanın 22 marta keçirilməsini tövsiyə edib, Milli Şura da aksiyanın vaxtını martın 22-nə dəyişib.

Cəmil Həsənli bununla bağlı azadliq.info-ya deyib ki, onun adından yayılan məlumat yalandır. Belə ki, onun facebook səhifəsinə müdaxilə olunub, bu saxta məlumat orada yerləşdirilib. Bundan başqa onun səhifəsindən həm 15 mart mitinqi üçün, həm də bundan əvvəl yaradılan dəvətlərin hamısı ləğv edilib.

Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı da 15 mart aksiyası üçün BŞİH-dən hələ cavab almadıqlarını deyib. O, çağırış edib ki, aksiya ilə bağlı yalnız Mitinq Komitəsi adından yayılan məlumatlara istinad olunsun. Mitinq Komitəsinin yaymadığı heç bir məlumat rəsmi xarakter daşımır.
969 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP