Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Hadı Rəcəbli çox gecikib

“Hadı Rəcəbli çox gecikib, bizim müəllimlər çoxdan işdən sonra fəhləliklə məşğuldur”. Bu barədə tanınmış pedaqoq, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü ans-in əməkdaşı ilə söhbət zamanı bildirib.

Millət vəkili Hadı Rəcəblinin tanış bir müəllimin işdən sonra bənnalıq etməsi barədə dediklərini şərh edən Məlahət xanım söyləyib: “Ailəsini dolandıra bilməyən müəllimlər işdən sonra cürbəcür pedoqoji və qeyri-pedoqoji işlərlə məşğul olurlar. Bəziləri kurslarda dərs keçir, bəziləri fərdi hazırlıqla məşğul olurlar. Bəzi müəllilər fəhləlik edir, bəziləri isə bazarda mer-meyvə satır”.

Məlahət xanımın sözlərinə görə, bu, müəllimin peşəkarlığını çox aşağı salır. Çünki öz üzərində hazırlaşmağa vaxt tapa bilməyən müəllim yeniliklərdən xəbərsiz olur, dərsi köhnə üsullarla birtəhər yola verir.
1179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...