Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

Kəbirə Məmmədova jurnalistdən pul istəyir

Ramin Dekodan məhkəməyə çağırılaraq 2 min manat tələb olunub
“Azadlıq”ın reportyoru Ramin Dekoya Yasamal Rayon Məhkəməsinin icra şöbəsindən zəng gəlib. Zəng edən icra şöbəsinin məmuru Ramin Dekonu bu gün saat 10-11 radələrində məhkəməyə dəvət edib. Ondan özü ilə şəxsiyyət vəsiqəsini və 2 min manat gətirmək tələb olunub.

Xatırladaq ki, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası əsasında “Azadlıq” qəzeti 30 min manat, R.Deko isə 2 min manat cərimələnib. Azadlıq.info-ya açıqlamasında R.Deko bu gün tələb olunanlardan yalnız şəxsiyyət vəsiqəsini aparacağını deyib. Çünki 2 min manatı yoxdur.

R.Deko “Yeni Müsavat”a dedi ki, pulu yoxdur, üstəlik, məhkəmə qərarı qanunsuzdur: “Reportajda məhkəməlik heç nə yoxdur. Sifarişli qərardır. Yazıda faktlara istinad etmişəm. Apelyasiya Məhkəməsində faktları bir daha açıqlamışam.

İlin əvvəlində “Binə”də sahibkarların aksiyaları da yazdıqlarımı təsdiqlədi. Yazmışdım ki, vergi adıyla pul yığılır. Kassa aparatı pulla satılsa da, satıcılar bundan istifadə etmir. Çünki onlar topdansatışdan malı vursalar da, qoyulan haqqı əlavə ödəməlidirlər. Bu gün məhkəməyə gedəcəyəm. Görək necə olur".
1952 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber