Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2015

“Rəcəbli rüşvət yığırdı, Şəkidən döyülərək qovuldu”

“Əgər Hadi Rəcəblinin ləyaqəti varsa, özü çıxıb getməlidir”

Deputat, Zillət Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin müəllimlərlə bağlı fikir və təklifinə kəskin reaksiyalar davam etməkdədir. O, saytlardan birinə müsahibəsində “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır”, deyə bildirmiş, ardınca isə bir kənd müəlliminin dərcdən sonra hörgüdə işlədiyini misal çəkmişdi. Deputatın bu cür məsuliyyətsiz çıxışı ikrah doğurub.

Hadı Rəcəblinin bütün cəmiyyətə təhqir kimi qiymətləndirilən bu məsuliyyətsiz fikirlərinə sabiq müdafiə naziri, Memarlıq və İnşaaat Universitetinin keçmiş müəllimi Rəhim Qazıyev də sərt münasibət bildirib. O, Moderator.az-a açıqlamasında deyib:

Rəhim-bəy-1“Mən Hadı Rəcəblinin müəllimlərlə bağlı açıqlaması ilə tanış oldum. Təəccüblənmədim. Çünki mən H.Rəcəblini Şəki Şəhər Partiya Komitəsində I katib işləyəndən tanıyıram. Bu adam ancaq kabinetdə oturub rüşvət yığmaqla məşğul idi. Şəkidən döyülərək qovulub. Xalq buna şahiddir. Lakin görünür bu ona təsir etməyib. O, hər kəsin öz peşəsində nə qədər əmək sərf etdiyini anlamır. H.Rəcəbli elə bilir ki, müəllim dərsi deyəndən sonra asudədir. Amma anlamır ki, müəllim sinifdə və auditoriyada bir və ya iki 45 dəqiqə dərs deməkdən ötrü saatlarla hazırlaşır. Söhbət dəqiq elmlərdən – fizikadan, kimyadan, riyaziyyatdan və s. gedir. Müəllim auditoriya səviyyəsinə çıxacaq, şagird və tələbələrin suallarını cavablandıracaq səviyyəyə malik olmalıdır. H.Rəcəbli isə hesab edir ki, müəllim 45 və ya 90 dəqiqə dərs deyəndən sonra bekar olur. Rüşvət almaqdan, müxtəlif qanunsuz yollarla maddi nemət qazanmaqdansa, daş daşımaq çox şərəfli bir peşədir. Amma H.Rəcəbli kimi saç ağartmış, fəqət həyatın mənasını, danışdığı sözün mahiyyətini anlamayan bir şəxs dərk etmir ki, müəllim saatlarla sabahkı dərsə hazırlaşır. Müəllim şagirdlərin bilik səviyyəsini müəyyən edir. Təəssüf doğuran budur ki, H. Rəcəbli kimi bir şəxs illər uzunudur ki, deputat kürsüsündə oturub. Əgər Hadi Rəcəblinin ləyaqəti varsa, özü çıxıb getməlidir. Yox əgər o, mənim açıqlamamla razı deyilsə, mənimçün onun kimi bir şəxslə debata çıxmaq nə qədər ağır olsa da, canlı debata çıxmağa hazıram. H. Rəcəbli ziyalı adına layiq olmayan bir şəxsdir. Onun parlamentdə hansısa komissiyanın sədri olması da absurddur. Mən çox təəssüf edirəm ki, parlamentdə bu qədər kəmsavad bir insan var”.
1271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı