Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

Asim Məmmədovun meyiti tapılıb - Foto

İtkin düşən gənc dindar ölü tapıldı

Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun meyiti tapılıb. Musavat.com xəbər verir ki, bu barədə Facebook-da onun dostları yazıblar. Gəncin nədən dünyasını dəyişdiyi hələlik məlum deyil.

Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yer
Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun meyiti tapılıb. Musavat.com xəbər verir ki, bu barədə Facebook-da onun dostları yazıblar. Gəncin nədən dünyasını dəyişdiyi hələlik məlum deyil.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda dənizdə naməlum kişi meyitinin olması barədə məlumat daxil olub. Musavat.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. Görülən tədbirlər nəticəsində təxminən 30-35 yaşlarında naməlum kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Musavat.com xəbər verir ki, meyit tanınması üçün Asim Məmmədovun ailəsinə göstərilib. Anası Asim Məmmədovun cəsədini tanıyıb./musavat/






1968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber