Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2015

Ermənilər qəbiristanlığa gedən azərbaycanlıları atəşə tutdu

Erməni işğalçıları Ağdam istiqamətində bayram öncəsi doğmalarının məzarlarını ziyarətə gedənləri atəşə tutublar.

Bu barədə yerli sakinlər məlumat veriblər.

Ziyarətə gedənlərdən biri - Lətifə Qasımova bildirib ki, işğal altında olan Baş Qərvənd kəndinin qəbristanlığı qoşunların təmas xəttində yerləşir və atəş altındadır. Məzarlığın çox hissəsi ermənilər tərəfindən aydın müşahidə olunduğundan, atəşkəs dövründə həyatdan köçənlər əsasən məzarlığın bir hissəsində dəfn olunurlar. Müharibəyə qədər və müharibə dövründə dəfn edilənlərin məzarlarını ziyarət etmək, demək olar ki, mümkün deyil.

Baş Qərvənd sakini İsrail Bağırov deyib ki, qəbristanlığın atəşə tutulması nəticəsində məzar daşlarına xeyli sayda güllə dəyib./apa/
871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP