Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2015

Milli Şuranın 15 mart mitinqinin təşkilatçıları polis idarəsinə çağırılıb

Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqin təşkilatçıları Fuad Qəhrəmanlı və Eldəniz Quliyev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə E.Quliyev məlumat verib. O deyib ki, bu gün saat 17:00-da Bakı Şəhər Baş Polis İdarəsində olacaqlar. E.Quliyev dəvətin mitinqlə əlaqədar olduğunu qeyd edib.

Qeyd edək ki, Milli Şura martın 15-də saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Komplekisinin stadionunda (keçmiş "Məhsul) mitinq keçirmək niyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mitinqin keçirilməsinə razılıq verib./Report/
786 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber