Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2015

İrandan Yəmənə böyük dəstək

Rəsmi Tehran Yəməni ''elektrik, nəqliyyat, su və bank'' sahəsində dəstəkləyəcəyini açıqlayıb.

Yəmən Xəbər Agentliyinin (SABA) xəbərinə görə, bu barədə şiə Ənsarullah hərəkatı Siyasi Şurasınn sədri Saleh əs-Sammad məlumat verib. İrandan qayıtdıqdan sonra keçirdiyi mətbuat konfransında danışan şura sədri səfərinin Yəmən iqtisadiyyatına və inkişafına müsbət təsir edəcəyini deyib:

"İranın Sənaye, Mədən və Ticarət naziri Məhəmməd Rza Nemətzadə ilə başda enerji, elektrik, nəqliyyat, su, ətraf mühit, pul, bank, ticarət və sənaye olmaqla iki ölkə arasında iqtisadiyyat və inkişaf mövzularında əməkdaşlığı gücləndirmək üçün müzakirə razılaşması imzaladıq. İran tərəfi Yəməni bir il neft ilə təmin etməyi və elektrik stansiyaları qurmağı öz üzərinə götürdü”./axar/
967 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı