Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

NATO Ukraynaya müdaxilə etməyəcək

NATO Ukraynanın şərqindəki münaqişəyə müdaxilə etmək niyyətində deyil.

TASS-ın verdiyi məlumata görə, bunu “Sky News” telekanalına müsahibəsində alyansın Baş katibi Yens Stoltenberq bəyan edib.

“Ukrayna NATO üzvü deyil. Təhlükəsizliyin təminatı yalnız alyans üzvlərinə şamil olunur. Lakin biz Ukraynaya böyük siyasi dəstək veririk, üstəlik hərbi sahədə islahatların aparılması, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində əməli yardım göstəririk”, deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, hazırda ən vacib məsələ Minsk razılaşmalarının - atəşin dayandırılması, ağır silahlar və hərbi texnikanın təmas xəttindən qarşılıqlı olaraq geri çəkilməsi və s. yerinə yetirilməsidir.
924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber