Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

Hakimiyyət xalqı necə aldadır?

Qiymət artımının beynəlxalq tendensiya ilə əlaqəsi yoxdur

Ölkədə böhranlı vəziyyət yarananda hakimiyyət bir qayda olaraq beynəlxalq tendensiyanı misal gətirir. Son dövrlər neftin qiymətdən düşməsini və bunun fonunda ölkəyə ciddi zərbə dəyməsini də hakimiyyət dünyadakı böhranla izah etməyə çalışır. Ölkə başçısı çıxışlarında tez-tez vurğulayır ki, dünyada baş verənlər Azərbaycana da öz təsirini göstərir. Mühüm məsələ bundan ibarətdir ki, milli valyutanın qiymətdən düşməsi və məhsulların qiymətinin qalxması da ölkə vətəndaşına zərbə vurdu.
Amma görünən odur ki, dolların möhkəmlənməsi, neftin ucuzlaşması son aylarda beynəlxalq bazarlarda bütün əmtəələrin, o cümlədən xammalın qiymətinin düşməsinə səbəb olub. Ucuzlaşma bütün bazarları və əmtəələri əhatə etdiyindən bütün ölkələr qiymət enmələrini hiss edir.
Brent neftinin qiyməti ötən ilin iyunundan enir və artıq 50 faizdən çox ucuzlaşıb. Neftin ucuzlaşması neft məhsullarının da dəyərdən düşməsini şərtləndirib. 2014-cü ilin iyun ayında dünya bazarında avtomobil benzinin qiyməti (1 ton üçün) 1021,32 dollar, təyyarə yanacağının 958,18 dollar, dizel yanacağının 901,8 dollar, 1% kükürdlü mazutun qiyməti 641,07 dollar olub. Təbii qaz da ucuzlaşır. Əgər ötən yay “mavi yanacağ”ın 1000 kubmetri orta hesabla 400-440 dollara satılırdısa, hazırda yeni müqavilələrdə 300 dollardan da aşağı düşüb.
Əlvan metalların ən dəyərlilərindən olan qızıl və platin də xeyli ucuzlaşıb. Yayda bir troyan unsiyası 1330 dollar təşkil edən xalis qızılın eyni miqdarı üçün 1160 dollar ödənilir.
Uzlaşma kənd təsərrüfatı məhsullarında da müşahidə edilir. Əsas taxıl məhsulu olan buğda 2012-ci ilin sonundan dəyər itirir. Həmin tarixdə buğdanın bir tonu 223 dollar olduğu halda hazırda 118 dollar təşkil edir. Son 2 il 3 ayda buğdanın bir tonu 105 dollar, yaxud 47 faiz ucuzlaşıb.ÿŞəkərin qiyməti yay aylarından başlayaraq düşür. Indiyə qədər şəkərin hər tonunda 120 dollar (24,4 faiz) ucuzlaşma var. Şəkərin bir tonu yayda 491 dollar olduğu halda hazırda 371 dollardır.
Pambığın qiyməti 2014-cü ilin mayından daha sürətlə düşür. Mayda hər tonu 1980 dollara satılan pambıq indi 1350 dollara satılır. Qısa müddətdə pambıq 32 faiz ucuzlaşıb.
Göründüyü kimi, bütün dünyada qiymətlərin azalması prosesi getsə də, Azərbyacanda qiymətlərin qalxacağı proqnozlaşdırılır və bir çox məhsullarda qalxım artıq start götürüb.
Hansıki, xaricdən idxal olnunan məhsulların qiymətində düşmə olduğu üçün bu məhsulların satış qiyməti də ucuzlaşmalıdır. Amma hakimiyyət bu mərhələdən də fürsət kimi yararlanır və bütün yükü xalqın çiyninə atır.
Yəni qiymət artımının beynəlxalq tendensiya ilə heç bir əlaqəsi yoxdur və hakimiyyət həmişəki kimi xalqı aldadır. Ona görə də xalq ayıq olmalı, saxta əsaslandırmalara inanmamlıdır. Yuxarıda göstərdiyimiz nümunlər də təsdiqləyir ki, dünyada ucuzlaşam prosesi gedir. Azərbaycanda isə hətta yerli məhsulların qiyməti olduqca bahadır.
Göründüyü kimi, hakimiyyət bütün vasitələrlə xalqı aldatmağa və neftin qiymətdən düşməsinin sığortasını xalqın müflisləşməsi hesabına reallaşdırmağa çalışır./azadlıq/
843 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber