Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

Bu məktəb Fələstində deyil, Azərbaycandadır...

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin iki gün əvvəl verdiyi müsahibə hələ də ölkə gündəminin əsas müzakirə mövzusudur.

H.Rəcəbli müsahibəsində 150-200 manatla dolana bilməyən müəllimlərin vəziyyəti haqda danışarkən bir misal çəkmişdi. Elə bu misal deputatın adının iki gündür dillər əzbəri olmasına səbəb olub.

Deputat müsahibəsində bunları demişdi: “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır.

Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”.

H.Rəcəbli bu misalı bəlkə heç özü də bilmədən çəkdi. Amma cəmiyyətdə və sosial şəbəkələrdə aparılan müzakirələrdən belə başa düşmək olur ki, Hadı müəllimi çətin bağışlasınlar. H.Rəcəblini qınamaq cəmiyyətin öz işidir.

Bəs görəsən, Hadı Rəcəblinin dediyi Balabəy müəllim hansı məktəbdə işləyir? Bu məktəb indi nə vəziyyətdədir?

Qeyd edək ki, Hadı Rəcəblinin dediyinə görə, bu məktəbdə dərs deyən Balabəy müəllim dərsdən sonra daş hörür, ustalıq edirmiş.

Şəkillərdən görünən budur ki, elə bu məktəbdə də hörgü və təmir işlərinə ehtiyac var. Bura da fəhlə, usta lazımdır...
Həmin məktəbin acınacaqlı durumunu göstərən fotoları təqdim edirik:

 

Hadı Rəcəblinin “fəhlə işləyir” dediyi müəllim bu məktəbdə dərs deyir


Hadı Rəcəblinin “fəhlə işləyir” dediyi müəllim bu məktəbdə dərs deyir


Hadı Rəcəblinin “fəhlə işləyir” dediyi müəllim bu məktəbdə dərs deyir


Hadı Rəcəblinin “fəhlə işləyir” dediyi müəllim bu məktəbdə dərs deyir

829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi