Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

İndi də İŞİD-çilərin başları kəsilir - FOTO

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı girov və əsirlərinin başlarını kəsdiyi, diri-diri yandırdığı, çoxmərtəbəli binaların damlarından aşağı atdığı anların əks olunduğu videoları ilə milyonların nifrətini qazanıb.

İŞİD İraqda hərbçilərə və polislərə qarşı xüsusi vəhşiliyi, misli görünməmiş amansızlığı ilə də ad çıxarıb.
İndi İŞİD-in "hesabları ödəmək" zamanı çatıb.

İraqın Tikrit şəhəri uğrunda gedən döyüşlərdə iraqlı hərbçilər və polislər, habelə könüllülər, İraq Kürdüstanının silahlı dəstələri İŞİD-ə qarşı xüsusi fanatizmlə döyüşüblər.
Tikrit faktiki olaraq terrorçulardan azad olunub.

İraqlı hərbçilər əsir aldıqları İŞİD terrorçularını edam edirlər.

Terrorçuların başları kəsilir, onları avtomobillərin arxasına bağlayıb küçələrlə sürüyür, bəzilərini də çoxmərtəbəli binaların damına çıxarıb oradan atırlar.

İraqlı hərbçilərin dediklərinə görə, onlar insanlığı çoxdan unutmuş İŞİD terrorçularından qisas alırlar.

Onlar bildiriblər ki, yaxın iki-üç gün ərzində Tikrit İŞİD terrorçularından tam azad olunacaq.








/milliaz/
2822 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41